Transact-SQL və SQL
Salam dostlar. Bu məqalə ilə verilən bazasının formalaşması haqqında məqalələr silsiləsinə başlayırıq.
İlk məqaləmiz nəzəri bilikərə əsaslanır. SQL (Structured Query Language) platforması və onun əsasının formalaşması haqqında qısaca məlumat və riyazi bazanın proqlaşdırma yazı dilinə inteqrasiyanı aydınlaşdıracayıq.
Transact-SQL Microft SQL Server vasitəsilə verilənlərin idarə olunmasında istifadə olunan mühüm yazı dilidir.T-SQL güclü riyazi bazaya əsaslanır.
T-SQL yazı dili SQL standartının əsas dialektidir. SQL Amerika Milli Standartlar İnsititunun (ANSİ) və Beynəlxalq Standartlar Təşkilatı (ISO) tərəfindən təsdiqlənmiş standartdır. SQL standartı bu günədək aşağıdakı inkişaf mərhələlərdən keçmişdir:
- SQL-86
- SQL-89
- SQL-92
- SQL:1999
- SQL:2003
- SQL:2006
- SQL:2008
- SQL:2011
Bütün aparıcı MBİS (Məlumat Bazasının İdarəetmə Sistemi) istehsalçı təşkilatlar, həmçinin Microsoft verilənlər bazasının idarə edilməsi və nəzarətində SQL standartını tətbiq edir.
SQL standartı verilənlərin idarəsi və nəzarətində istifadə olunan “Relational” riyazi modelinə əsaslanır. Bu model Edgar F.Codd tərəfindən 1969-cu ildə yaradılmışdır. Relational modelinində olan əlaqə SQL platformasında cədvəl kimi təzahür edir. Əslində bu sözlər sinonim deyil, sadəcə cədvəl SQL tərəfindən əlaqənin forması kimi irəli sürülən vizual obyektdir.
Yadda saxlamaq lazımdır ki, relation modelinde başlıq attributlar çoxluğundan, məzmun (body) hissə isə strukturlaşdırılmış məlumatlar (tuple) çoxluğundan ibarətdir. Bu çoxluqlar isə “set theory” -sinə əsaslanır və onun bazası üzərində formalaşır.
Relation modelinin əsalandığı digər riyazi istiqamət isə Predicate logic adlanır. Predicate logic -müəyyən obyekt haqqında irəli sürülən fikrin doğru (true) və ya yanlış (false ) olmasını təklif edir.
Şərhlər ( 1 )
Təşəkkürlər qardaş.Ardı gəlsin İNŞALLAH.