GPO`da Hardware ID`yə görə qadağa

Salam Dostlar, artıq bildiyiniz kimi bir neçə məqalədir ki, ard-arda GPO haqqında yazırıq. Artıq bildiyiniz kimi bu məqalədə növbəti GPO məqaləsidir. Amma düşünürəm ki, bu məqalə işinizə yarayacaq. Bu məqalədə Plug and Play avadanlıqlarını Hardware ID`lərini görə qadağa etməyi öyrənəcəyik. Məqaləni virtual maşında yazdığıma görə “Floppy Disk” üzərində sınaqdan keçirdəcəm. Ancaq siz bu yolu istifadə edərək, bir çox Plug and Play avadanlıqlarını qadağa edə bilərsiniz. Bunun üçün ilk öncə Active Directory Users and Computer pəncərəsində hansı kompüterlərə bu GPO`nu tətbiq etmək istəyiriksə, həmin kompüterlər üçün yeni OU açırıq. Sonra bizə lazım olan kompüterləri həmin OU daxilinə yığırıq.

Daha sonra GPMC daxil oluruq və orada yeni açdığımız OU üçün GPO qururuq.

Məqalənin əvvəlində qeyd etmişdik ki, “Floppy Disk” üzərində sınaq edəcəyik. Buna görə də “Floppy Disk”in “Properties”nə daxil oluruq və açılan pəncərədə “Hardware” TAB`na keçib, burada “Properties” düyməsinə sıxırıq. Daha bir pəncərə açılır.İndi isə “Details” TAB`na keçirik və açılan menyudan “Hardware Ids” təyin edirik. Əgər, aşağı diqqət etsəniz, rahatlıqla bu avadanlığa aid ID`ni görmək olar. Bizə lazım olan elə budur.Bu ID`ni “COPY” edirik.

İndi isə GPMC`də düzəltdiyimiz GPO`nu açırıq və aşağıdakı yerə gəlirik:

Computer Configuration>Policies>Administrative Templates>System>Device Installation>Device Installation Restrictions>Prevent Installation of devices that match any of these device IDs

Bizə lazım olan policy`ni açırıq, “Enable” edib, Show” düyməsinə sıxırıq.

Sonra daha əvvəl “Copy” etdiyimiz ID`ni daxil etməyimiz üçün kiçik bir pəncərə açılır.

Bunları “Apply”“OK” edərək, bağlayırıq.

İndi isə etdiklərimizin işlədiyindən əmin olmaq üçün kompüter üzərində olan “Floppy Disk”in “Driver”ni “Uninstall” edək və sonra yenidən yüklənməyə cəhd edək. Aşağıda necə “Uninstall” etmək lazımdır, şəkildə ətraflı göstərilib.

İndi isə “Driver”in yüklənmə prosesini “Computer Management” üzərindən izləyək. Gördüyünüz kimi “Driver”in yüklənməsi zamanı xəta baş verir.Avadanlığın üzərinə gəlib, “Driver”i bir daha yazmaq istəyən zaman bizə aşağıdakı məlumatı verir.

“Computer” bölməsinə daxil olaraq, əmin olaq ki, “Floppy Disk” yüklənməyib.

Gördüyünüz kimi artıq “Floppy Disk” yoxdur. Fikrimcə, bir çox hallarda bu cür qadağalar tətbiq etmək istəyirik. Artıq bu üsulu da istifadə edə bilərsiniz, İnşAllah.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCT

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 1 )

  1. sagolun

Şərh yazın