Göy ekran (Blue Screen of Death)
Salam.Bu günkü mövzuda ən aktual olan problem haqqında danışmaq istəyirəm.Bu mövzunu “göy ekran yəni Blue Screen of Death” dediyimiz əməliyyat sisteminin sözun həqiqi mənasında ölüm xəbərdarlığıdır.Zaman zaman bu problemlərlə qarılaşmışıq.Amma mütəxəssislər belə bəzən bu ekranı görəndə,heç nə oxumadan artıq ən azından koputeri format etməyə qərar verir.Halbuki,əyər bu problem yaranıbsa,və Ə.S bu vəziyyətə gətiribsə,deməli bu problemi yaradan səbəblər var,və o səbəblər formatdan sonra belə bu problemi təkrar yarada bilər.Biz isə bu göy ekrandakı səbəbi oxusaq,əslində nə baş verdiyindən agah olarıq.Mən özüm də bir vaxt təsadüfən,maraq üçün ekrandakı yazı ilə internetdə ipucu axtardığımda yararlı olacaq xeyli məlumatlar əldə etmişdim.Onda əmin olmuşdum ki,bu problemi yaradan tək səbəb deyil,onlarla səbəb var,və Ə.S “ölüm ayağında” öz qatilinin adını bizə deyir.Göy ekrandakı böyük hərflərlə yazılan səbəblərin açmasını sizə təqdim edirəm.
0x00000001: APC_INDEX_MISMATCH – Bu nüvədə (kernel) baş verən daxili səhvdən qaynaqlanır. KeEnterCricticalRegion və KeLeaveCriticalRegion-un fay l sistemindəbir biri ilə konflikti zamanı baş verir.
0x00000002: DEVICE_QUEUE_NOT_BUSY
0x00000003: INVALID_AFFINITY_SET
0x00000004: INVALID_DATA_ACCESS_TRAP
Həm proqram, həm də apparat səhvi ola bilər.Driverlərin yüklənməsi,və ya driverlərin bir biri ilə konflikti zamanı baş verir.Bütün növ Ə.Sistemlərində qeydə alınmışdır.Çıxış yolu kimi Ə.Sisteminizi yeniləməniz,və uyğun driver yükləməyinizdir. Məs: driverləri leqal saytlardan götürün.Əyər hansısa aparatı qoşduğunuz zaman baş verirsə,çalışın o aparatı bu əməliyyat sistemindən uzaq tutun.Əyər o aparat sizə vacib lazımdırsa,(məsələn: mobil telefonlara və ya avtomobillərə proqram yazmaq üçün proqrammatorlar)İlk aparatin driverini yukləmisinizsə, sonrakı ikinci aparatın driverini yükləyərkən o driverləri əvəzləmək istəsə,buna yol verməyin.Yoxsa ,yenidən göy ekranla qarşılacaqsınz.
0x00000005: INVALID_PROCESS_ATTACH_ATTEMPT – Əsasən Windows XP SP2 və Server 2003 –lərdə baş verir.
0x00000006: INVALID_PROCESS_DETACH_ATTEMPT
0x00000007: INVALID_SOFTWARE_INTERRUPT
0x00000008: IRQL_NOT_DISPATCH_LEVEL
0x00000009: IRQL_NOT_GREATER_OR_EQUAL
Əsasən Windows prossesləri düzgün sinxron edə bilməyəndə baş verir.Yani ardıcıllıq pozulur, baş verən prosseslər Ə.sisteminin nəzarətindən çıxır, və sistem özünü toparlamaq istəsə də,bu alınmır.Və nəticə göy ekran olur.Əsasən də driverlərin konflikti zamanı baş verir.(İRQ kodları üst üstə düşdüyü üçün).Çıxış yolu isə Start >> Run>> verifier.exe.
0x00000012: TRAP_CAUSE_UNKNOWN
Məlum olmayan istisna bir errordur.Özüm rast gəlməmişəm,ya da heç fikir verməmişəm.Ama bu qəbildən olan səhvlərlə tanışam.Məsələn:
0x0000001F: SHARED_RESOURCE_CONV_ERROR
Bu hansısa prosseslərin eyni sistem resurslarindan birlikdə istifadəsini göstərir.Və əlbətdə sistem də buna bəzən tab gətirmir.
0x0000001A: MEMORY_MANAGEMENT
Bu çox ciddi bir xəbərdarlıqdır.Çeşidli səbəblərdən yarana bilər.Ə.S və istehsalçı firmalara görə dəyişə bilir.Ümumi səbəblər isə bunlardır: Sistem keşinin sıradan çıxması,(və ya blokirovkaya düşməsi),Daxili yaddaş strukturunda yaranmış nasazlıq,Sistemin işlək fayllarında baş vermiş nasazlıq.
Cıxış yolu: Əməliyyat sistemində 931784 və ya KB929338 yeniləmələrinin (update) mövcud olmasıdır.
Adından göründüyü kimi FAT 16 və FAT 32 fayl sistemində baş verən nasazlıqlardan yaranır. Yazma və oxuma zamanı interrupt Request Packet (İRP) paketində əmələ gələn səhvdir.Yaranma səbəbi əsasən disk defrqamentasiya olunmadıqda və hətta antivirusunuz səbəb ola bilər.
NTFS fayl sisteminin driverinin nasazlığıdır.FAT sisteminə aid olan səbəblər bu sistemə də aiddir.Bu vəziyyətə düşməmək üçün, komputerinizin hard diskini vaxtaşırı defraqmentasiya edin.
0x00000025: NPFS_FILE_SYSTEM
0x00000026: CDFS_FILE_SYSTEM
0x00000027: RDR_FILE_SYSTEM
0x00000028: CORRUPT_ACCESS_TOKEN
0x00000029: SECURITY_SYSTEM
0x0000002B: PANIC_STACK_SWITCH
Driverlərin çox yer tutuğu zaman baş verə bilər.Əsasən də nüvə problemidir.Bu səhv nüvədə ciddi konflikt olduğunu göstərir.
0x0000002C: PORT_DRIVER_INTERNAL
0x0000002E DATA_BUS_ERROR
Sistem yaddaşında baş verən problemdən əmələ gəlir.Bəzən də driver 0x8XXXXXXX yaddaşa müraciət edir ki, belə bir yaddaş da mövcud deyil.(Səbəbini hələ də öyrənmiş deyiləm.)
0x0000002F: INSTRUCTION_BUS_ERROR
0x00000030: SET_OF_INVALID_CONTEXT
0x00000036: DEVICE_REFERENCE_COUNT_NOT_ZERO
Hər hansı bir qurğu driver sistemdən özünə aid olan hır hansı bir obyekti silmək istəyərkən baş verir.Yani baş vermə səbəbi onun silmək istəyi deyil,silmək istədiyi obyektin iş statusunun sıfıra bərabər olmadığı andır. (yani həmin obyekt hal hazırda işini başa çatdırmamışdır.).
0x00000037: FLOPPY_INTERNAL_ERROR
0x00000038: SERIAL_DRIVER_INTERNAL
0x00000039: SYSTEM_EXIT_OWNED_MUTEX
0x0000003A: SYSTEM_UNWIND_PREVIOUS_USER
0x0000003B: SYSTEM_SERVICE_EXCEPTION
0x0000003C: INTERRUPT_UNWIND_ATTEMPTED
0x0000003D: INTERRUPT_EXCEPTION_NOT_HANDLED
0x0000003E: MULTIPROCESSOR_CONFIGURATION_NOT_SUPPORTED
Multiprossesor sistemi bir biri ilə simmetrik əlaqədə deyil deməkdir.Onların simmetrik olması üçün isə eyni tip və səviyyədə olmalıdırlar.Əsasən də prosessoru Pentium səviyyəsində işlədəndə.
Əsasən, bütün problemlərdən çıxış yolu,Əməliyyat sisteminizi update etməyinizdir.Çünki Microsoft bu problemlərdən xəbərdar olur və yeni update lərlə,bu problemlərin qarşısını alır.Amma bəzi istisnalar da var.Məsələn köhnə avadanlıqlara servis göstərən cihazlar əksinə yeni update lərlə bu problemləri yarada bilərlər(məs: avtomobil,televizor,mobil telefonları proqramlaşdırmaq üçün nəzəzrdə tutulmuş cihazlar).Onlara daha köhnə sistemlərlə işləmək məsləhət görülür.Bura yazdığım problemlər,görülənlərin sadəcə bir qismidir.Əyər hansısa problemlırlə qarşılaşsanız,göy ekranda böyük hərflərlə yazılan problemin adını yazın,biz sizə kömək edək.