Start menyusu və Tapşırıq lövhəsi.
Faylların axtarışı
Windows əməliyyat sistemində kompüterin diskləri və digər yaddaş qurğularında axtarış imkanı mövcuddur. Bu əməliyyat o vaxt yerinə yetirilir ki, əgər siz sənədin adını bilirsiniz, lakin yerləşdiyi qovluğun adı yadınızdan çıxıb. Windows XP əməliyyat sistemindən fərqli olaraq Windows 7 də axtarış sistemi sadələşdirilib. Start menyusunda yerləşən axtarış bölməsində sizə lazım olan faylın, qovluğun və ya proqramın adını daxil edib onu asanlıqla tapa bilərsiniz.
1.1. Tapşırıqlar lövhəsinin parametrləri
Tapşırıqlar panelinin zahiri görünüşünü dəyişmək üçün Start düyməsi yerləşən tapşırıq lövhəsinə (Taskbar) nəzər salaq. Bu zolağın boş yerində mausun sağ düyməsini vururuq və açılan siyahıdan Properties sətrini seçirik.
Açılan pəncərənin Taskbar səhifəsində aşağıdakı parametrləri dəyişmək mümkündür:
- Lock the Taskbar – Start zolağının cari yerdə donduraraq onun ölçüsünün və yerinin dəyişdirilməsini qeyri mümkün edir
- Auto-hide the Taskbar – Start zolağını avtomatik olaraq gizlədir. Yalnız zolaq yerləşən yerə mausun göstəricisini yönəldəndə zolağı görmək olur.
- Use small icons – Start zolağında olan işarəciklərin ölçüsünü kiçildir.
- Taskbar location on screen- Tapşırıqlar panelinin yerləşmə yerini təyin edir.
- Taskbar buttons- İşlək olan proqram və sənədlərin işarələrinin tapşırıqlar panelində göstərilib-göstərilməməsini idarə edir.
- Use Aero Peek to preview the desktop-Mausun göstəricisini show desktop düyməsinə yaxınlaşdırdıqda iş masamızı müvəqqəti olaraq görə bilərik.
- Show desktop düyməsi- tapşırıqlar panelinin sağ küncündə (saatdan sonra) yerləşir.
- Notification area bölməsindən Customize düyməsini seçib açılan pəncərədə Always show all icons and notigivation on the taskbar sətrinin qarşısında işarə qoysaq Start zolağının sağ tərəfində indikatorların qeyri aktiv olanları həmişə açıq şəkildə göstəriləcək.
1.2 Start menyusunun görünüşü
Start düyməsinin üzərində sağ düymə sıxıb açılan siyahıdan Properties seçirik. Bu səhifədə Start menyusunun parametrlərini dəyişə bilərik.
Power button action– Start menyusunda yerləşən düymənin hansı funksiya daşımasını təyin edir.
Store and display recently opened programs in Start menu– Son istifadə olunmuş proqramların siyahısının Start menyusunda göstərilib-göstərilməməsini təyin edir.
Store and display recently opened items in the start menu and the taskbar– Son istifadə olunmuş sənədlərin siyahısının Start menyusunda göstərilib-göstərilməməsini təyin edir.
Customize– bölməsində Start menu size hissəsində olan Number of recent programs to display: Son istifadə olunan proqramların ,Number of recent items to display in Jump list: Son istifadə olunan sənədlərin, Start menyuda sayını təyin edir.