Windows Azure nədir?

Salam əziz dostlarım və həmkarlarım. Bu günkü məqalədə Windows Azure-nin nə olduğunu qısaca aydınlaşdırmağa çalışacağam inşallah.

Microsoft, Professional Developers Conference 2008‘də Windows Azure-ni səhnəyə çıxardı. Bu sistem bildiyimiz fiziki (local) əməliyyat sistemindən fərqli olaraq online yəni internet üzərindən işləyən bir əməliyyat sistemi idi. Azure əslən cloud computing servisidir.

Bəs bu cloud computing servisi nədir və nə işə yarar?

Cloud computing tədbiq etdiyiniz proqram və servislərin sistem üzərində heç bir quruluma ehtiyac duymadan internet üzərindən işlədilə bilməsinə və istifadə edilə bilməsinə imkan və ya şərait yarada bilən texnologiyadır. Bu o deməkdir ki məlumatlarımıza (hətta öz xüsusi fayıllarımıza) internetin olduğu hər yerdən çatmaq mümkündür. Yanınızda kompyuteriniz və ya sərt diskiniz olmadığı yerlərdə internet üzərindən rahatlıqla lazimi məlumatlarınızı əldə edə bilərsiniz.

windows_azure-diagram1

Windows Azure platform

Windows Azure bir əməliyyat sistemidir dedik. Bu əməliyyat sistemi və üzərində işləyən tətbiqlərlə birlikdə bütün bu bulud xidmətləri infrastrukturunun cəminə Windows Azure Platforma deyilir.

Yəni müştərilər Windows Azure Platforması üçün lisenziya alar, ödəniş ödəyər, üzvlük sahibi olarlar. Windows Azure Platformasını istifadə edərək servislərini(proqramlarını) inkişaf etdirərlər. Bu platforma içində isə Windows Azure, SQL Server, Visual Studio və s işləyir. Təbii ki bu vasitələrin ümumi şəbəkə üzərindən bulud xidməti olaraq təqdim edilməsi üçün yığma, bant genişliyi, virtuallaşdırma, enerji kimi bir çox ehtiyac olacaq. Ancaq bu ehtiyaclarla siz məşğul olmayacaqsınız, Microsoft məşğul olacaqdır. Platforma fiziki olaraq tamamilə Microsoftun məlumat mərkəzindədir. Windows Azurenin gözəl yanı da budur. Siz işinizə diqqəti ayırırsınız, infrastruktura deyil.

Bulud demişkən: sektorda bulud xidmətlərini təsnif etmək üçün bir çox anlayış var. SaaS, PaaS, IaaS, PlaaS, DaaS və s.

Windows Azure Platforması bunlardan hansıdır?

Windows Azure Platforması bir PaaS (Platform as a Service) nümunəsidir. Windows Azure Platformasının etdiyi işlər izah edilərkən bəzən Windows Azure deyilir. Bu sizi yanıltmasın, nəzərdə tutulan Platformadır.

 

Yararlı olması ümüdü ilə…

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın