MAC OS əməliyyat sistemində SHARE FOLDERə qoşulmaq
Əziz dostlar bu günki məqaləmizdə MAC OS istifadəçilərinin share folder qoşulmasını anlatmaqa çalışacam.Bu məqaləmidə rəsimlərlə anlatacamş
1)Şəkildə göstərdiyim kimi GO yazısı üzərinə klik edirik acılan pəncərdən isə Connect to Server yazısına klik edirik.
Bu əməliyyatı qısa tüşlarlada aca bilərsiniz bunun ucun MacBook-nuzun klaviaturasında CMD+K tuşlarını birlikdə sixmağınız kifayyətdir.
2) Açılan pəncərədə share qovluğumuzun adını və ya ip adresini yazırıq.
Qeyd:Diqqət etdinizsə asağıdakı şəkildə mən smb hissəsini xususi qırmızı halqaya almışam.
Səbəbi və Qeyd:Əziz dostlar unix ve linux platformasında yazılmış əməliyyat sistemləri Microsoft platformasında olan Share Folder -ə SMB (Server Message Block) protokolundan istifadə edərək qoşulur.
İlk olaraq 1985-ci ildə IBM tərəfindən elan olunan, ancaq əsl inkişafını Microsoftda göstərən SMB (Server Message Block), şəbəkə üzərində fayl paylaşmasına icazə verən bir protokoldur.
139-cu portdan çalışır. CIFS (Common Internet File System) olaraq da bilinən SMB protokolu, müştəri və server yönümlüdü.Ancaq doğru sazlanmazsa sistemdə böyük problemlərin yaşanmasına səbəb ola bilər və hackerlərin paylaşılan qovluğa müdaxiləsinə yol aça bilər.
4)Bu mərhələdə isə Active Directory-da sizin üçün açılmış user name(istifadəçi adı) və password (şifrənizi) yazırsınız..
5)Bu mərhələdə isə artiq sizə lazım olan və təşkilatınızın icazə verdiyi qovluğu seçirsiniz OK yazısına klik edirsiniz.
6)Son mərhələdə isə artıq qovluğunuzda system administrator tərəfindən verilən icazəyə uyğun olaraq sənətləriniz üzərində lazım olan əməliyyatları icra edə bilərsiniz.
Əziz dostlar ümid edirəmki məqalə sizlər üçün yararlı olacaq,növbəti məqalələrdə görüşənədək…
Hazırladı; Kamran Hummatov
IT &Helpdesk Specialist
Azerbaijan Diplomatic Academy
Information Technologies and Services