Internet Information Services (IIS) 8 qurulması

Bu məqaləmizdə Sizlərə İİS 8-in qurulması haqqında məlumat verəcəyik.  İİS Microsoft tərəfindən təqdim olunan veb saytların və veb tətbiqetmələrin yerləşdirilməsi və idarə olunması üçün istifadə olunan xidmətdir (veb serverdir). Eyni zamanda İİS üzərində FTP-ni də sazlamaq mümkündür. Növbəti məqalələrimizdə ardıcıl olaraq İİS 8-də mövcud olan imkanlar və yeniliklər barəsində mərhələli şəkildə Sizlərə məlumat verəcəyik. İndi isə İİS 8-in qurulması haqqında məlumat verəcəyik.

Windows Server 2012 üzərində İİS 8 təqdim olunmuşdur. İİS 8 ilə birlikdə İİS  həm təhlükəsizlik, həm də performans cəhətdən təkmilləşdirilmişdir.

İndi isə İİS 8-in quraşdırılmasına baxaq.

Server manager > Manage > Add Roles and Features  bölməsinə daxil oluruq.

Installation type hissəsində Role –based or feature-based installation seçib Next edirik.

iis-1

Server Selection bölməsində serveri seçib Next edirik.

iis-2

Server Roles bölməsindən Web server (IIS) seçirik, bu zaman İİS managment console-un əlavə edilməsi üçün Add Roles and Features Wizard ekranda əks olunacaqdır. Add Features edib davam edirik.

iis-3

Web server(IIS) seçilmiş olur. Next edirik.

iis-4

Features bölməsindən Next edərək davam edirik.

iis-5

Web Server Role (IIS) bölməsində qısa məlumatla tanış olub Next edirik.

iis-6

Role Services bölməsində İİS üzərində istifadə edəcəyimiz xidmətləri seçib Next edirik.

iis-7

Confirmation bölməsində İnstall edirik. Proses yekunlaşdıqdan sonra Close edirik.

iis-8

İİS manager-ə daxil olaraq sayt yerləşdirmək və ya digər sazlanmalar apara bilərik. İİS manager-ə daxil olmaq üçün bir neçə üsuldan istifadə edə bilərik. Administrative Tools-a daxil olaraq, Run-a inetmgr yazaraq və ya Metro start menyusundan İİS manager-i aça bilərik.

iis-9

Artıq klient kompüterlərdə brauzerdə İİS 8 qurulmuş serverin İP-ni və ya adını (DNS-də mövcud olduğu halda) yazmaqla İİS serverin default səhifəsinə daxil olmaq mümkündür.

iis-10

Səs: +80. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 1 )

  1. teşekkurlər

Şərh yazın