Hyper-V live migration əməliyyatının aparılması üçün ilkin hazırlıq

Salam əziz dostlar. Bu dəfəki məqaləmizdə hyper-v 3.0 hypervizoru üzərində Hyper-V live migration- canlı miqrasiya  əməliyyatının aparılması üçün ilkin hazırlıq mərhələsindən  danişacayıq. Hyper-v live migration host üzərində olan virtual maşının işlək vəziyyətdə olduğu zaman digər host üzərinə ötürülməsi əməliyyatıdır.  İlk növbədə vurğulayım ki Hyper-V live migration  əməliyyatı aparılacaq hostlar hər ikisi active directory domainə qoşulu olmalıdır. Yəni hər iki host member server olmalıdır. Indi isə Hyper-v live migration əməliyyatının sazlanmasına nəzər yetirək.

  1. İlk olaraq host üzərində Hyper-V live migration əməliyyatına icazə verməl lazımdır. Hyper-V managerə daxil oluruq, hostun üzərində sağ düyməni sıxıb Hyper-V settings seçirik.  Nəzərinizə catdırırıq ki bu əməliyyatları hər 2 host: həm virtual maşın yerləşən həm də virtual maşın ötürüləcək host üzərində aparmaq lazımdır. LMG1
  2. Açılan pəncərədə Live Migration bölməsinə keçirik.

 LMG2

Enable incoming and outgoing live migration – seçimi seçilməlidir.

Simultaneous live migrations – host üzərində eyni vaxtda neçə canlı miqrasiya əməliyyatının aparıla biləcəyini təyin edir.

İncoming Live migration bölməsindı 2 seçim vardır. Bu seçimlər şəbəkə yüklənməsini tənzimləmək üçün istifadə edilir. Bilirik ki canlı miqrasiya əməliyyatı müəyyən dərəcədə şəbəkə kartını yükləyəcək. Bu səbəbdən də biz host üzərinə canlı miqrasiya üçün ayrıca şəbəkə kartı qoyub ona İP verə bilərik və təyin edə bilərik ki yalnız təyin edilmiş İP üzərindın canlı miqrasiya əməliyyatı həyata keçirilsin.

Use any aviable network for live migration– host üzərində olan istənilən şəbəkə İD üzərindən live migration əməliyyatını yerinə yetirir.

Use these İP addresses for live migration –  Yalnız seçilmiş şəbəkə İP üzərindən live migration əməliyyatı həyata keçirilir. 

Hosta daxil fayl köçürüldükdə və host üzərində dəyişiklik edildikdə ilk növbədə müracitə edən digər hostun cari host üzərində  icazələri araşdırılır. Bu araşdırma üçün digər host cari host üzərində autorizasiya olur. Bu autorizasiya üçün 2 seçim vardır.

Use Credential Secirity Support Provider (CredSSP) – Bu seçim seçilərsə canlı miqrasiya əməliyyati üçün virtual maşın yerləşən serverə log on olnmaq lazımdır.Yəni gəgər biz Hyper-V managment consol-a idarə etmək üçün 2 host əlavə etmişiksə biz yalnız log on olduğumuz host üzərindıki virtual maşinları digər host üzərinə daşıya bilərik.

Use kerberos- Bu autorizasiya tipi daha təhlükəsiz və etibarlıdır. Bu əməliyyat üçün active directory domain server üzərində hosta uyğun computer obyektləri üzərində dəyişikliklər etmək lazim gəlir. 

Dəyişikliklər aşağıdakı ardıcıllıqla edilir:

1.       Computer obyekti üzərində sağ düyməni sıxıb properties seçirik.

 d1

2.       Delegation bölməsinə keçirik. Trust this computer for delegation to specified services only – seçimini seçirik. Bundan sonra use kerberos only seçib ADD… düyməsini sıxırıq.

d3 

3.       Açılan pəncərədə Users or Computers seçirik. Kompyuter adını seçib OK sıxırıq.

d2

 4.      Açılan pəncərədə cifsMicrosoft Virtual System Migration Service servislərini seçib OK sıxırıq.

 d6

5.      Yekunda aşağıdakı şəkildəki kimi sazlama əldə edirik. Yekunda OK sıxırıq.

 d4

 Gələn məqalələrimizdə görüşənədək, sağolun.

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərhlər ( 1 )

  1. tesekkur edirem

Şərh yazın