“Hub Transport Role” üzərində “Anti-Spam” xüsusiyyətinin aktivləşdirilməsi
Salam, Əziz Dostlar. Ötən məqalələrimizdə “Exchange server 2010” üzərində “Edge Transport Role“-dan söhbət açmışdıq. Bu məqaləmizdə “Edge Transport Role” olmayan serverlerde “Hub Transport Role” üzərində “Anti-Spam” xüsusiyyətinin aktiv edilməsindən bəhs edəcəyik.
“Anti-Spam” xüsusiyyəti normal olaraq “Edge Transport Role” üzərindən konfiqurasiya edilməlidir. Əgər “Edge Transport Role” qurmağa imkan yoxdursa, onda “Anti-Spam” xüsusiyyətini “Hub Transport Role” üzərində ektiv edib işlədə bilərsiniz.
İlkin halda “Exchange Server 2010” qurularkən “Anti-Spam” xüsusiyyəti aktiv olmamaqdadır.
Bu xüsusiyyəti “Exchange Management Shell” üzərindən aktivləşdirə bilərik. Bunu üçün “Exchange server” qurulmuş olan qovluqdakı “Script”-lərdən istifadə edəcəyik: “C:\Program Files\Microsoft\Exchange Server\V14\Scripts”
“Anti-Spam” xüsusiyyətini aktiv etmək üçün istifadə edəcəyimiz script isə “install-AntispamAgents.ps1“-dir.
Əvvəlcə “Exchange Management Shell“-i açırıq. Və “Script”-in olduğu qovluğa keçirik.
“.\install-AntispamAgents.ps1” əmrindən istifadə edirik.
“Anti-Spam” xüsusiyyətini aktiv etdikdən sonra “exchange” servislərini yenidən başlatmaq lazım gəlir. Bunun üçün “Restart-Service msexchangetransport” əmrindən istifadə edirik.
Göründüyü kimi lazımi servislər “restart” edildi. “EMC“-ni açıb “Anti-Spam” xüsusiyyətinin aktivliyini yoxlaya bilərik.
Şəkildən də göründüyü kimi “Hub Transport Role” altında “Anti-Spam” xüsusiyytəti aktiv vəziyyətdədir.
Əgər “Edge Transport Role” haqqında olan məqaləyə nəzər yetirmisinizsə, “Edge Transport Role” üzərində olan “Anti-Spam” xüsusiyyətlərinin “Hub Transport Role” üzərində aktiv edilmiş “Anti-Spam” xüsusiyyətləri ilə eyni olduğunu görmüsünüzdür. Ancaq xatırladaq ki, göstərilən bu funksiyanı “Edge Transport Role” üzərində qurmağınız təhlükəsizlik baxımından daha məqsədə uyğundur.
Gələn məqalələrimizdə “Anti-Spam” xüsusiyyətinin və digər “Hub Transport Role” xüsusiyyətlərinin konfiqurasiya edilməsindən bəhs edəcəyik.