Exchange Server 2010 “Edge Transport Role”

Salam, Əziz Dostlar. Bu məqaləmizdə “Exchange Server 2010” üzərində “Edge Transport Role” qurulmasını öyrənməyə çalışacağıq.

Edge Transport Role” Exchange server 2010 üzərində qurulan beş “role”dan biridir. “Edge Transport Role” təhlükəsizlik məqsədilə qurulur.

Edge Transport Role” qurulmuş olan serverin “ActiveDirectory” ilə heç bir əlaqəsi yoxdur. Daha dəqiq desək “Edge Transport Role” qurulan server “ActiveDirectory”-ə daxil edilməməlidir.

Edge Transport Role” konfiqurasiya məlumatlarını “Active Directory Lightweight Directory Service” (AD LDS) vasitəsilə və “EdgeSync” istifadə edərək təmin edir.

Edge Transport Role” qurulmasındakı əsl məqsəd mail alış-verişinin daha da etibarlılığını təmin etməkdir.  Bir neçə “Edge Transport Role” qurula bilər ki, bununla da kəsilməzlik təmin olunmuş olar.

Təşkilat xaricindən gələn bütün mailləri əvvəlcə “Edge Transport Role” qəbul edər. Lazım olan yoxlamaları apardıqdan sonra mail “Hub Transport Role” vasitəsilə lazım olan istifadəçi mailinə çatdırılır.

“Transport Role”-lar internetdən və həmçinin təşkilat daxilindən göndərilən mailləri yoxlayan qaydalar toplusudur. “Edge Transport Role” üzərində istifadə olunan qaydalara əsasən gələn hər bir mail yoxlanılır və istənilən şərtlərə uyğun olmayanları qaydalara əsasən silinə bilər, yönləndirilə və ya dondurula bilər.

Edge Transport Role” qurulacaq server üzərində “DNS Suffix” əlavə edilməlidir.

Edge1 (DNS suffix)

Həmçinin “Active Directory Lightweight Directory Service” -də (AD LDS) qurulmalıdır.

Bundan başqa “Exchange server“in yüklənməsi üçün lazım olan digər əməliyyatları da icra etməyiniz vacibdir. Bunun üçün http://www.technet.az/2012/10/15/exchange-server-2010-sazlanmasi/ linkdəki məqalədən yararlana bilərsiniz.

Bütün bu əməliyyatlar yerinə yetirildikdən sonra “Edge Transport Role“un qurulmasına keçə bilərik.

Bunun üçün “Exchange Server 2010” yükləmə diskinə ehtiyac vardır.

Edge5 (setup1)

Install Microsoft Exchange” seçirik və normal qurulma ekranı qarşımıza çıxır. Yuxarıda göstərdiyimiz linkdə verilmiş ardıcıllıqla davam edirik.

Edge8 (setup4)

Növbəti addımlarda qarşımıza çıxan bu ekranda “Custom Exchange Server Installation” seçib “Next” deyirik.

Edge9 (setup5)

Bu addımda “Edge Transport Role” seçib “Next” deyerək davam edirik.

Edge10 (setup6)

Bu addımda da “I don’t wish to join the program at this time”  seçib “Next” düyməsini sıxırıq.

Edge11 (setup7)

Bu addıma qədər heç bir problemlə qarşılaşmadıqsa “Install” deyərək yükləməyə başlayırıq.

Edge12 (setup8)

Yükləmə bitdikdən sonra “Finish” deyərək yekunlaşdırırıq.

Artıq “Edge Transport Role” konfiqurasiya edilə bilər.

Edge13 (EMC1)

Yükləmə bitdikdən sonra “EMC” (Exchange Management Console) açsaq sadəcə “Edge Transport Role”-un yüklənmiş olduğunu görərik.

Konfiqurasiya üçün əvvəlcə “subscription” faylı yaradırıq.

Bunun üçün “new-edgesubscription –filename “c:\edge.xml” ” əmrindən istifadə edirik. (Biz burada faylı “C” diskinde “edge” adında yaradırıq)

Edge14 (EMS1)

Bu əmri daxil etdikdən sonra qarşılaşdığımız suala “Y” yazıb “Enter” düyməsini sıxırıq. Beləliklə “subscription” faylımız yaranmış olur.

Daha sonra yaranmış bu faylı “Exchange Server” qurulmuş olan serverimizə kopyalamalıyıq.

Edge15 (copy Edge)

Gördüyünüz kimi faylımızı kopyaladıq. Artıq bundan sonra “Exchange Server” üzərində əməliyyatlarımızı yerinə yetirə bilərik.

Edge16 (New Edge Subs1)

Exchange Server” üzərində “EMC” açırıq. “Organization Configuration” bölməsindən “Hub Transport” seçirik. Şəkildən də göründüyü kimi “Edge Subscriptions” bölməsinə keçib “Actions” menyusundan “New Edge Subscription” əmrini icra edirik.

Edge17 (New Edge Subs2)

Göründüyü kimi “Active Directory Site” və “Subscription file” bölməsindən də yaratmış olduğumuz (“Edge Transport Server” üzərində yaradıb buraya kopyaladığımız fayl) faylı seçirik. Və “New” deyərək davam edirik.

Edge18 (New Edge Subs3)

Əməliyyatımız uğurla tamamlanmışdır. Ancaq xırda bir bildiriş vardır ki, o da “Edge Transport Role” qurulu olan serverimizin adının tanına bilməməsidir. Əgər ad tanınmazsa əlaqə olmaz və “Edge Transport Role” ilə “Exchange server” xəbərləşə bilməzlər. Bunun üçün “DNS” server üzərində “Edge Transport Role” qurulmuş serverə aid “A (HOST)” yarada bilərsiniz.

İki server arasında sinxronizasiyanı başlatmaq üçün  “EMS” (Exchange Management Shell) -də “start-edgesynchronizationəmrindən istifadə edirik.

Edge19 (start sync)

Sinxronizasiya qaydasındadı. Test üçün “test-edgesynchronization” əmrindən istifadə edə bilərsiniz.

Edge20 (test sync)

Test zamanı da heç bir xəta ilə qarşılaşmadıq. Artıq “Edge Transport role” işlək vəziyyətdədir.

Bundan sonra “Edge Transport Role” qurulmuş serverdə “EMC“-ni açsaq, “Exchange Server” üzərində “Hub Transport Role” altında olan tənzimləmələrin buraya da daşındığını görə bilərik.

Edge21 (Edge finish)

Bu məqaləmizdə “Exchange Server 2010” üzərində “Edge Transport Role” qurulmasını və bəzi tənzimləmələrini nəzərdən keçirdik.

Gələn məqalələrdə görüşmək ümidi ilə!

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın