VHD faylı üzərində əməliyyatlar.
Salam dostlar. Bu məqaləmizdə VHD faylları üzərində command prompt əmrləri vasitəsilə apara biləcəyimiz bəzi əməliyyatlar haqda danışacayıq. Bu əmrləri biz Power Shell üzərindən işə sala bilərik. VHD faylları üzərində əməliyyatlar diskpart vəmri vasitəsilə aparılır. Diskpart əmrinin aşağıdakı seçimləri (option) vardır.
1. VHD fayllarının yaradılması. “create vdisk” seçimi vasitəsilə VHD fayllarını yarada bilərik. “type” seçiminin 2 qiyməti ola bilər: fixed və ya expandable.
Fixed – seçimini seçsək yaradılmış VHD faylına verilmiş həcmə görə yer fiziki yaddaşda rezerv olunacaq. Bu seçim yazma-oxuma sürəti önəmli olan sistemlərdə seçilir.
Expandable- seçimini seçsək VHD faylında olan informasiyanın həcminə uyğun yer fiziki yaddaşda rezerv olunacaq. Həcm artdıqca fiziki yaddaşdan da VHD faylı üçün yer ayrılacaq. Məsələn ol bilsin biz VHD faylının həcmini 300 GB təyin etmişik. Bu fayldan istifadə edən virtual maşına isə yalnız əməliyyat sistemi yazılıb və əməliyyat sisteminin fayllarının tutumu 5 GB dır. Əgər biz expandable seçimini seçsək fiziki yaddaşda 5GB yer rezerv olunacaq. Fixed seçimini seçsək isə 300 GB yer bütövlükdə fiziki yaddaşda rezerv olunacaq. Dynamic expandable virtual disklərdə oxuma-yazma sürəti fixed virtual disklərə nisbədən aşağı olur.
Sintaksis aşağıdakı kimidir:
diskpart
create vdisk file=<path>.vhd maximum=<size in MB> type=fixed
Misal1: Həcmi 20 GB olan fixed virtual disk yaradır
diskpart
create vdisk file=c:\test.vhd maximum=20000 type=fixed
Misal 2:Həcmi 10 GB olan dynamic expanable virtual disk yaradır
diskpart
create vdisk file=c:\tech.vhd maximum=10000 type=expandable
2. VHD fayllarının Mount/Unmount olunması. (fayllar üzərində mount əməliyyatı faylların montaj əməliyyatıdır.) VHD fayllarını mount etmək üçün ilk növbədə fayl seçilməli, bundan sonra attach əməliyyatı yerinə yetirilir, bundan sonra isə primary partiton (partition – virtual diskin ümumi həcmininin ayrılmış hissələrinə deyilir.) yaradılır. Yaradılmış partition aktiv hala gətirilib ona hərf vasitəsilə ad verilir. Bundan sonra format əməliyyatı icraa olunur.
Sintaksis aşağıdakı kimidir:
Diskpart
select vdisk file=<path>.vhd
attach vdisk
create partition primary
active
assign letter=V
format quick fs=ntfs label=<OS Name>
exit
Deattach əməliyyatı üçün isə ilk növbədə VHD faylı seçilir, bundan sonra deattach əmri vasitəsilə fayl mənsub edilmiş virtual diskdən təcrid edilir.
Sintaksis aşağıdakı kimidir:
Diskpart
select vdisk file=<path>.vhd
detach vdisk
exit
3. Diskpart əmrinin compact seçimi dynamic expandable VHD lərdə istifadə olunmayan yaddaş tutumunun sixlaşdırılması və boşaldılması üçün istifadə olunur. Yuxarıda qeyd etdiimiz kimi dynamic expandable VHD faylında olan informasiyanın həcminə uyğun yer fiziki yaddaşda rezerv olunacaq. Həcm artdıqca fiziki yaddaşdan da VHD faylı üçün yer ayrılacaqş Bu əməliyyat birtərəfli əməliyyatdır. Yəni əgər biz VHD diskdən hər hansı faylı silsək, VHD faylının hıcmi azalmayacaq. Bu zaman VHD faylının hıcmini azaltmaq üçün compact seçimindın istifadə olunur.
4. Diskpart əmrinin Convert seçimi expanded sikləri firex disklərə çevirmək üçün istifadə edilir.
5. Diskpart əmrinin Expand seçimi dynamic expanded və fixed virtual disklərin həcminin artırılması üçün istifadə edilir.
6. Diskpart əmrinin Merge seçimi differencing virtual diskləri əsas virtual disklərlə birləşdirmək üçün istifadə edilir.