Group Policy Object Məruzəsi

Salam Dostlar, bu məqaləmizdə biz GPO`nun məruzəsini çıxartmağı öyrənəcəyik. Bəzən bizə lazım olur ki, hər hansı bir GPO haqqında məlumat alaq. Bilmək istəyirik ki, hər hansı bir GPO`da nələr dəyişdirilib. Bunlar üçün biz məhz GPO məruzələrini istifadə edirik. Group Policy Management Console`da 2 cür məruzə əldə etmək olar. İlk məruzəni biz GPMC üzərində əldə edirik.

Bunun üçün GPMC açırıq, Group Policy Objects altında bizə lazım olan GPO`nu seçirik. Daha sonra bu GPO`ya aid məlumatlar GPMC`nin sağ tərəfində görsənir. Buradan isə “SETTİNGS” bölməsinə keçirik.

Gördüyünüz kimi GPO üzərində olan dəyişikliklər haqqında burada geniş məruzə olunur. Nələrin dəyişdiyini çox rahatlıqla öyrənə bilərik. Əgər, bizə tez məlumat lazımdırsa, birinci üsul daha çox əlverişlidir. Deyəlim ki, bizdən istənildi ki, ümumi GPO`lar haqqında məruzə hazırlayaq. Necə düşünürsünüz? Bunları bir-bir qeyd etmək, sonra hər hansı bir yerdə cəmləşdirmək? Əlbəttə ki, özümüzə bu qədər əziyyət verməyə ehtiyac yoxdur. İkinci üsulda özümüzü bu əziyyətdən necə qurtara bilərik onu öyrənəcəyik.

İlk öncə GPMC daxilində Group Policy Objects altında yerləşən bizə lazım olan GPO üzərinə gəlib, mouse`un sağ düyməsini sıxırıq. Açılan menyudan “SAVE REPORT” seçirik.

Daha sonra bu məruzəni yaddaşa vermək üçün bizdən yer tələb olunur. Ancaq eyni zamanda biz bu pəncərədə bu məruzənin hansı formatda yaddaşa verilməsini də təyin edə bilərik. Gördüyünüz kimi seçim olaraq .XML .HTML növləri var. Mən bu nümunədə .HTML olaraq yaddaşa verəcəm.

Daha sonra isə “SAVE” düyməsinə sıxırıq. İndi məruzəni yazdığımız yerə baxaq və əmin olaq ki, həqiqətən məruzə yazılıb.

Gördüyünüz kimi artıq məruzəmiz hazırdır. Üzərinə vuraraq Internet Explorer`də açıb, baxırıq.

Dostlar, gördüyünüz kimi GPO`ların məruzələrini hazırlamaq çox asandır. Amma eyni zamanda bizim üçün çox dəyərli bir xüsusiyyətdir. İnanıram ki, istifadə edəcəksiniz və işinizə yarayacaqdır.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCT

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın