Group Policy ilə USB Flaş disk`lərin bağlanması

Salam dostlar bu günki məqaləmizdə Group Policy ilə USB Flaş Disklərin bağlanmasından bəhs edəcəyik.
Məlumdur ki, virusların yoluxmasına şərait yaradan bir vasitə də USB Flaş yaddaşlarımızdır.
Bir çox hallarda işlədiyimiz şirkətlərdə bu riskin azaldılması üçün USB flaşları bağlamağa məcbur oluruq.
İndi isə keçək bizə lazım olan əməliyyatlara.

İlk öncə Group Policy Management konsolunu “Start > Administrative Tools > Group Policy Management” açaq.
1

Daha sonra yeni bir GPO yaratmalıyıq. Biz bu GPO`nun bütün şirkətə tətbiq olunmasını istədiyimiz üçün, domain üzərində sağ düymə “Create a GPO in this domain, and Link it here…” seçirik.
2

Açılan pəncərədə yeni GPO`muza ad veririk.
3

İndi isə yeni yaratdığımız GPO`nu redaktə etmək üçün, üzərində sağ düyməni sığıb “Edit” seçək.
4

Açılan pəncərədə isə bizə lazım olan Rule`lları tapıb aktivləşdirək. Bunun üçün,
“User Configuration > Policies > Administrative Templates > System > Removable Storage Access”ə gəlirik. Burada biz USB flaş disk`i oxumanı (Read Access) ya da yazmanı (Write Access) bağlaya bilərik. Mən bu məqalədə hər ikisini bağlayacam.
Bunun üçün ardıcıl olaraq “Removable Disks: Deny read access”“Removable Disks: Deny write access” rulları üzərində sağ düyməni sığıb “Edit” seçirik.

Removable Disks: Deny read access
5

Removable Disks: Deny write access
6

Hər iki Rule üçün açılmış pəncərədə “Enabled” seçib “OK” düyməsi ilə pəncərəni bağlayırıq.

Removable Disks: Deny read access
7

Removable Disks: Deny write access
8

Ən sonda isə CMD ilə gpupdate /force əmrini icra edək. GPO`nun tətbiq olunması üçün istifadəçilərmizin komputerlərinə restart verək.

Yararlı olması ümidi ilə…

Səs: +90. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 3 )

  1. Salam Turqut bəy.Məqaləyə görə təşəkkürlər.Bir sualım var.Bu policy-ni Comp config-dən etsək necə olar? Daha səmərəli olmazmı?Çox sağ olun.

  2. Salam bu seçim artıq, sizin düşdüyünüz vəziyyətlə bağlıdır. Hansını istəsəniz seçə bilərsiniz.
    Mən user policy`dən istifadə etməyimin səbəbi ondadır ki, Administratorla(Domain) komputeri açanda, flash işləsin, amma normal istifadəçi ilə işləməsin.

  3. Salam, məqalə çox faydalıdır. Bir sualım var necə etmək olar ki,belə bir vəziyyətdə müəyyən flash USB-lərin işləsin?

Şərh yazın