DHCP Serverdə Class ID ilə Router adresini dəyişmək.

Salam dostlar. Biz bugünkü məqaləmizdə DHCP Serverdə Class ID’lərdən bəhs edəcəyik.
Düşünək ki, şəbəkəmizdə gruplarımız üçün müəyyən bir IP paylama siyasətimiz mövcuddur lakin bəzi qruplara xüsusi Router IP`ləri və ya DNS IP`ləri paylamaq istəyirsiniz.
Tutalım ki, şirkət rəhbərliyinin istifadə edəcəyi internet çıxışını və DNS IP`lərini digər istifadəçilərinizin istifadə etdiyi Router IP`si və DNS IP`lərindən fərqləndirmək istəyirsiniz.

Bu məqaləmizdə DHCP server üzərində Class ID`dən istifadə edərək bəzi komputerlərə xüsusi Gateway verəcəyik. Windows Server 2008 DHCP Server`ləri üzərində iki cür Class tətbiq oluna bilər. Bunlar, vendor-defineduser-defined olaraq adlandırılıb. Biz bu məqaləmizdə user-defined`dən istifadə edəcəyik.

DHCP Server qurduqda, əsasən “Router”in və “DNS Server”in IP adreslərini, “DNS Domain Name” olaraq isə domainimizin adını qeyd edirik.
1

DHCP`dən IP alan komputerimizdə ipconfig /all komandasını daxil edək və hal hazırda olan IP`lərimizə baxaq. Göründüyü kimi Default Gateway : 192.168.1.6`dir.
2

İndi isə DHCP Serverimizdə fərqli bir router adresi paylamaq üçün DHCP konsolunda lazım olan əməliyyatlara keçək.
DHCP Server üzərində sağ düymə > Define User Classes… `ı seçək və açılan pəncərədə ADD düyməsini sıxaq.
3

Qarşımıza aşağıdakı kimi New Class pəncərəsi gələcək. Burada Display Name`də hərhansı bir ad verdikdən sonra ASCII başlığı altına client sistemlərdə ID təyin edərkən istifadə edəcəyimiz bir ad veririk və OK düyməsi ilə bu pəncərəni bağlayırıq.
4

Daha sonra, Server Options > Configure Options’a klikləyək və açılan pəncərədə heç bir dəyişiklik etmədən Advanced tabına keçək. Yuxarıda yaratdığımız Class`ı siyahıdan seçək.
5

“User Class” başlığı altında olan hissədə hansı seçimləri (Router, DNS və s.) istəyirsinizsə seçib lazımı, dəyərləri (IP adresi və s.) daxil etməyiniz lazımdır. Biz bu nümunəmizdə 003 Router`i seçib, mövcud olan IP`dən fərqli bir IP daxil edəcəyik.
6

Nəticədə isə Scope Options`da aşağıdakı şəkildəki kimi bir görüntüylə qarşılaşacaqsınız. Yəqin ki, Class başlığı altında For_Boss adlı class`ımız diqqətinizi çəkdi.
7

İndi isə client komputerə keçib, Class ID`dən istifadə edərək ikinci Router IP`sindən istifadə edə bilərik. CMD üzərində sağ düymə “Run As Administrator” ilə açıb, aşağıdakı əmri daxil edək.
ipconfig /setclassid “Şəbəkə kartının adı” “Class ID”
8

Ən sonda isə elə bu ekranda ipconfig /all əmrini daxil edib, “Local Area Connection” adlı şəbəkə adapterimizn aldığı Default Gateway adresinə baxaq.
9

Göründüyü kimi DHCP Class ID olaraq BOSS və Default Gateway olaraq isə 192.168.1.10 almışıq.

Yararlı olması ümidi ilə…

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 4 )

    • Anar / . Dərc edilib:A 30/07/2013 at 12:48 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Tesekkurler Turqut bey. Zehninize saglig, Cox yararli movzudur. Gelecek meqalelerinizde Scoplar haqqinda meqalelere yer verseniz cox yararli olar. Bu saytda emeyi kecen her kese tesekkurumu bildirirem ve her gun yeni meqalelerinizi izleyirem. Ugurlar!

  1. Qardaş, zehninə qüvvət. Əla məqalədir, praktikada istifadə edəcəm, inşAllah..

Şərh yazın