Şəbəkə kabeli hazırlamaq

Salam, Əziz Dostlar! Bu məqaləmiz şəbəkə kabeli hazırlamaq, yəni cat5 və ya cat6 kabel növünə RJ45 konnektoru (jack) birləşdirmək haqqında olacaq!

RJ45_jack

Bu qoşulmada iki standart təyin olunmuşdur:T- 568A ve T- 568B. Bu standartlar kabel daxilindəki rəng ardıcıllığına görə fərqlənməkdədirlər. İstədiyiniz ardıcıllığa uyğun bir şəbəkə kabeli hazırlaya bilərsiniz. Və bu kabel xətasız işləyəcəkdir. Lakin daha sonra yaranacaq xətaları daha asan aradan qaldırmaq üçün göstərilmiş bu standartlardan istifadə etməyiniz daha məqsədə uyğundur.

568-A standartında rəng ardıcılllığı “Ağ/yaşıl, Yaşıl, Ağ/sarı, Göy, Ağ/göy, Sarı, Ağ/qəhvəyi, Qəhvəyi” kimidir

568-B standartında isə “Ağ/sarı, Sarı, Ağ/yaşıl, Göy, Ağ/göy, Yaşıl, Ağ/qəhvəyi, Qəhvəyi” şəklindədir.

T-568a_b

Əgər şəbəkə modem, switch, hub vasitəsilə qurulursa o zaman hazırlayacağınız kabelin hər iki tərəfi eyni standarta uyğun olmalıdır. Yəni hər iki ucda ya 568A, ya da 568B standartı istifadə olunmalıdır. Ancaq iki kompüter arasında bir başa əlaqə yaratmaq istəyirsinizsə (əlavə bir qurğu olmadan) bu zaman kabelin bir ucu 568A, digər ucu isə 568B standartına uyğun ola bilər (crossover cable-çarpaz qoşulma).

cat5crossovercable

İndi isə şəbəkə kabelinin hazırlanması ardıcıllığına baxaq:

Əvvəlcə cat5 və ya cat6 kabelin uc hissəsindən bir miqdar soyulur. (stripping tool – soyma aləti)

Stripper LAN 1

Daha sonra bir yerdə olan kabellər açılır və standartlardan birinə uyğun olaraq ardıcıl şəkildə düzülür.

LAN kabel2

Sıra ilə düzülmüş bu kabelin artıq hissəsi kəsilir.

Lan kabel3

Kəsildikdən sonra Rj45 jack  alt tərəfi bizə doğru olmaq şərtilə çevrilir.

jack plug

Şəklə diqqət yetirsəniz jack-in alt hissəsi bizə doğru tutulduqda pinləri şərti olaraq nömrələsək soldan “1” nömrəli boşluğa sizin ayırmış olduğunuz soldan birinci kabel yerləşdirilməlidir. Yəni, əgər sizin kabel  “A” standartına uyğun hazırlanıbsa onda AĞ/Yaşıl rəngli kabel, “B” standartına uyğun hazırlanıbsa Ağ/Sarı rəngli kabel “1” nömrəli pin olan hissəyə düşməlidir. Və kabelin jack daxilinə tam oturduğundan əmin olmalıyıq.

Kabeli Rj45 jack-ə düzdün olaraq yerləşdirdikdən sonra “crimper“(sıxma aləti) vasitəsilə jack sıxılır.

Lan kabel4

Kabelin hər iki ucunu bu ardıcıllıqla birləşdirdikdən sonra artıq kabelimizi test edə bilərik.

Bunun üçün “Network Cable Tester” adlanan test cihazını istifadə edirik.

Lan kabel6

Əgər qoşulmamız düzgündürsə və heç bir xətaya yol verməmişiksə test cihazı üzərindəki işıqlar ardıcıl olaraq yanıb sönəcəkdir. Bundan sonra artıq hazırladığımız kabel istifadəyə yararlı hesab oluna bilər.

Bu günlük də bu qədər, Əziz Dostlar! Görüşmə ümidi ilə!

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərhlər ( 3 )

    • Amal / . Dərc edilib:A 30/07/2013 at 10:11 Səhər
      Səs: +6. Bəyənilsin Zəifdir

    Salam,

    Məqalə üçün təşəkkür. Bir əlavə edim.

    Eyni tip avadanlıqları birləşdirmək üçün crossover kabel tipindən istifadə edilir. Məsələn, sviç ilə sviç, sviç ilə hab, hab ilə hab, router (ethernet interfeys) ilə router, kompüter ilə kompüter və s. Bir istisna halı var. Kompüter ilə router-u (ethernet interfeys) birləşdirən zamanı da crossover kabel tipindən istifadə edilir.

    Fərqli tip avadanlıqları birləşdirmək üçün isə straight-through kabel tipindən istifadə edilir. Məsələn, sviç ilə kompüter, sviç ilə router, hub ilə router və s.

    Hansı növ kabelin hansı növ avadalıqların birləşdirilməsində istifadəsini yadda saxlamaq bu yolla daha asandır.

    Təşəkkür.

Şərh yazın