Kompüterdə səs və səs kartları

Salam, Əziz Dostlar! Bu məqaləmizdə kömpüterdə səssəs kartları haqıında söhbət açacağıq.

Bildiyimiz kimi kompüterdə səslərin işlənməsi üçün lazım olan ən əsas komponent səs kartlarıdır. Səs kartları analoqdigital (rəqəmsal) səs çevrilmələrini işləyir. Səs ucaldanlar, mikrofonlar, səsyazma və oxutma proqramları da komputerdə səslərin dinlənilməsi və yazılması üçün lazım olan komponentlərdəndir.  Səs ucaldanlar analoq siqnalları fiziki mühitə yaymaq, mikrafonlar isə fiziki mühitdəki səs dalğalarını analoq siqnallara çevirərək  komputerə ötürmək üçün istifadə olunur.

Səs kartları “PCI” slotlara qoşula biləcəyi kimi “onboard” (anakart üzərində) da istifadə olunur. Onboard istifadə daha geniş yayılmışdır.

Kompüterlər analoq siqnallar üzərində bir başa əməliyyat aparmazlar. Analoq siqnallar üzərində əməliyyat aparmaq lazım gəldiyində bu siqnallar əvvəlcə rəqəmsal (digital) siqnallara çevrilir. Və analoq cihazlarda da rəqəmsal siqnallar istifadə oluna bilməyəcəyindən tərs çevrilmə həyata keçirilir. Bunun üçün istifadə olunan iki tip çevirici vardır:

a) ADC: Analog Digital Converter (Analoq Rəqəmsal çevirici)

b) DAC: Digital Analog Converter (Rəqəmsal Analoq çevirici)

Səs kartları həm analoqdan rəqəmsala, həm da rəqəmsaldan analoqa çevrilmə əməliyyatlarını həyata keçirirlər.

Analog vs digital

Analoq siqnalın rəqəmsal siqnala çevrilməsi yuxarıdakı şəkildə təsvir olunmuşdur. Bu zaman ən əsas məsələ zaman nöqtələrinin seçimidir. Seçilmiş nöqtələr nə qədər sıx və çox olarsa siqnalda itki bir o qədər az olar. Daha sonra bu seçilmiş nöqtələr birləşdirilərək rəqəmsal siqnal əldə olunur.

ADC

Mikrofon vasitəsilə fiziki mühitdəki səs dalğaları analoq siqnallar şəklində mikrofon girişindən səs kartına ötürülür. Və burada Analoq Rəqəm çeviriciləri (ADC) vasitəsilə siqnaldan nümunələr götürülərək rəqəmsal siqnala çevrilir və baytlar şəklində yaddaşa yazılır.

DAC

Səsləndirmə lazım gəldikdə isə yenidən rəqəmsal siqnal səs kartında analoq siqnala çevrilir və səs çıxışı vasitəsilə səs ucaldanlara və ya qulaqlıqlara ötürülür.

Ən köhnə səs saxlama formatı PCM (Pulse-code Modulation – Zərbə-kod modulyasiyası) analoq səslərə ən yaxın rəqəmsal səs formatıdır. PCM keyfiyyətli səsə sahibdir, lakin çox böyük həcmli fayllar halında saxlanır. Çünki sıxışdırılmadan saxlanılan bir formatdır. WAV olaraq bilinən səs formatı da PCM formasıdır.

Sıxışdırma və ya kodlama alqoritmləri lazımsız sayılan səsləri çıxararaq həcmi azaldar. Bu zaman kodlayıcıya və kod oxuyucuya (codec) ehtiyac duyular. Ən məşhur codec isə mp3 (MPEG-1 Audio Layer III)-dür. Fraunhofer-Institute tərəfindən inkişaf etdirilmiş və rəqəmsal hala salınmış səslər üzərində insan qulağının eşidə bilməyəcəyi tezliklərin silinməsi üsulunu istifadə edir.

Musical Instrument Digital Interface (MIDI) əsas olaraq musiqi alətlərinin səs kartlarına bağlanması üçün xüsusi bir interfeysdir. MID sadəcə mətn əsaslı bir fayldır. Faylda istifadə olunacaq notlar, cihaz və zaman məlumatları saxlanılır. Səs kartı bu əmrlərə görə xüsusi kodlanmış prosessoru vasitəsilə səslər istehsal edər.

MP3 , WAV kimi səs formatlarından başqa bir çox formatlar da mövcuddur ki, bunlardan bəziləri aşağıdakı cədvəldə verilmişdir:

Səs formatı
İstifadəsi
AAC Apple-ın iTunes üçün inkaşaf etdirdiyi xüsusi format
AIFF QuickTime ilə yayılan Mac-a aid bir format
ASX Microsoft-un streaming formatı
OGG Vorbis firmasının açıq qaynaq kodlu mp3 alternativi
RM RealMedia proqramına aid video və səs formatı
WMA Windows-un özünə uyğun mp3 alternativi

 

DSP (Digital Signal Processor) programlar, əməliyyat sistemi, CPU və çeviricilər arasında məlumat ötürülməsini təmin edir. Aşağı keyfiyyətli Səs Prosessorları əməliyyatların çoxunu CPU-nun aparmasını gözlədiyi halda, yüksək keyfiyyətli səs prosessorları əməliyyatların çoxunu öz üzərinə götürür.

Bütün səs kartları mikrofon üçün bir girişə sahibdir. Giriş portun keyfiyyəti siqnalın gurultu nisbəti ilə (desibel) ilə ölçülür. Aşağı və orta səviyyəli səs kartı 30-50 desibel, yüksək səviyyəli səs kartları 96-100 desibel olacaqdır. Səs yazma məqsədi ilə alınan kartlarda bu rəqəmlərər fikir verilməlidir.

SoundCard

Çox səs kartı səs ucaldan, mikrofon və xət (line in) girişi olmaq üzərə ən azı üç qoşulma ilə istehsal olunur. “Line in” girişi başqa cihazlardan bir başa səs alınmasını təmin edər. Çox halda Səs ucaldan girisi yaşıl, mikrofon girişi çəhrayı, xət girişi isə mavi rəngdə olur. Digər girişlərin rənglərində bir standart yoxdur. Bir çox səs kartlarında əlavə olaraq DB15 tipli jostik (oyun kontrolleri) və MIDI qoşulma portu da mövcud olur. S/PIF (Sony/Philips digital interface) isə səs ucaldan sistemlərin qoşulması üçün istifadə olunur.

Əgər onboard yox, PCI bir səs kartı istifadə etmək istəyirsinizsə uyğun bir slot seçib kartı slota yerləşdirməyiniz və kartla birlikdə gələn sürücüləri yükləməyiniz kifayət edəcəkdir.

Səslə bağlı səsin heç olmaması, səsin gözlənilən şəkildə olmaması, səsyazma zamanı səsin alınmaması kimi xətalarla qarşılaşma ehtimallarınız ola bilər. Əgər heç səs yoxdursa sürücülərin düzgün şəkildə qurulduğundan əmin olun. Səs ucaldanların enerji bağlantılarını və səs kartı üzərində düzgün girişə qoşulduğunu yoxlayın. Səs səviyyəsinin sıfırda olmamasına da diqqət edin.

Əgər səs var və bu səs gözlədiyiniz kimi deyilsə, yəni başa düşülməyəcək tərzdədirsə, qulaqlığın və ya səsucaldanların qoşulmasına diqqət yetirin. Bu problem çox zaman tam qoşulma olmadıqda və ya həmin giriş zədələndikdə meydana çıxır.

Səs yazma zamanı xaricdən səs qəbul oluna bilmirsə ilk əvvəl qoşulmanı və mikrofonun işlək vəziyyətdə olub olmadığını yoxlamaq lazımdır.

sound record

Əgər yenə də problem həll olunmursa “Control Panel\Hardware and Sound\Sound” konfiqurasiyasından “Recording” bölümünə keçib aktiv cihazlar sırasına baxa bilərsiniz. Burada mikrofon görünmürsə Sağ düyməni sıxaraq “Show Disable Devices” seçimi qarşısına işarəni qoyun. Artıq mikrofon görünəcək və siz onu “Enable” (Aktiv) hala gətirə bilərsiniz.

Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə!

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın