Cisco Router ilə tanışlıq
Bütün oxucuları salamlayıram. Bu günkü məqalədə siz, Cisco şirkətinin məhsul xəttindən olan Router ilə tanış olacaqsınız. İlk öncə Router anlayışının nə olduğuna nəzər salmaq daha məqsədə uyğun olacaqdır. Router xüsusi İOS (İnternetwork Operating System) adlanan əməliyyat sistemi vasitəsi ilə işləyərək, müxtəlif kompüter şəbəkələri arasında paket ötürülməsini həyata keçirir. Router OSİ şəbəkə modelinin şəbəkə səviyyəsində işləyir. Routerin əsas funksiyalarından biri müxtəlif şəbəkələri birləşdirməsi və müxtəlif növlü broadcast paketlərin nəzarət altında saxlanmasıdır. Digər aşağıdakı funksiyaları da sadalaya bilərik:
- Müxtəlif şəbəkələrin əlaqəsi (Internetwork communication)
- Şəbəkədə yollarının seçilməsi (Path Selection)
- Paketlərin ötürülməsi (Packet Switching)
- Paketlərin filter olunması (Packet Filtering)
Xüsusən müasir şəbəkələrin İnternetə çıxışı mövcuddur. Kompüter şəbəkəsində bir kompüter digər bir şəbəkədə olan kompüterə paket göndərmək istədikdə həmin paketi öz çıxış qapısına (default gateway) göndərir. Bir çox şəbəkələrdə bu çıxış qapısı rolunu router oynayır. Router aldığı paketdə mövcud olan göndəriləcək adresə baxaraq paketi gərəkli olan şəbəkəyə və yaxud kompüterə ötürür.
Dünyada bir sıra şirkətlət router istehsalı ilə məşğul olur. Bunlardan Cisco, Juniper, HP və s. Kimi şirkətləri sadalaya bilərik.
Aşağıdakı rəsimdə Cisco şirkətinin istehsalı olan Cisco 1941/K9 modelini ön və arxa tərəfdən görüntüsünü görə bilərsiniz:
İndi isə həmin router üzərində mövcud olan portların və slotların nə üçün istifadə olunmasına baxaq:
GE0/0 və GE 0/1 portları – Yuxarıda gördüyünüz router üzərində 2 GigabitEthernet portu mövcuddur. Həmin portlar istidadəçi məlumatlarının ötürülməsini həyata keçirir. Həmçinin siz router-da Telnet və yaxud SSH sazlayaraq həmin portlar üzərindən routeri idarə edə bilərsiniz.
USB portları – Bir sıra müasir Cisco avadanlıqları USB 2.0 portları ilə təchiz olunmuşdur. Bu portlar kopüterlərdə mövcud olan USB portlardan fərqlənərək, Cisco tərəfindən hazırlanmış xüsusi USB avadanlıqlarını dəstəkləyir. Bu portlar istifadə oluna bilər:
- Təmin edilmə. Bunun köməkliyi ilə siz:
- Təklükəsizlik açarının konfiqurasiya faylı ilə birlikdə təqdim olunması
- Təhlükəsizlik açarının yerinə göndərilməsi
- Təhlukəsizlik açarı yerində routerin USB portuna qoşulur və router işə salınır. Router təhlükəsizlik açarında olar konfiqurasiya faylını yükləyir və istifadə edir
- Bu üstünlük zaman və maddi xərcləri azaldır. Səbəb isə çatdırılmanın iki dəfə həyata keçirilməsini aradan qaldırır: bir çatdırılmada routerin konfiqurasiya olunması, digərində isə routerin istifadə yerinə çatdırılması
- VPN (Virtual Private Netüorks) məlumatlarının göndərilməsi və saxlaması
- Fləş yaddaş (Flash memory)
RJ-45 Serial Console Port, USB Serial Port və AUX portları – routeri idarə və konfiqurasiya etmək üçün istifadə olunur. Həmçinin routeri ilkin konfiqurasiya etmək üçün mütləq bu portlardan istifadə olunur. Routerin ilkin konfiqurasiya olunmasi mövzusuna növbəti məqalələrimdə yer verməyə çalışacağam. RJ-45 Serial Console Portunu istifadə etmək üçün xüsusi rollover cable-dan istifadə olunur:
USB serial porta qoşulmaq üçün isə şəkildə göstərilən kabeldən istifadə olunur:
AUX portu – isə router modemə qoşularaq modem üzərindən routeri idarə etmək üçün istifadə olunur:
Compact Flash slotları – xarici yaddaş qurğusu üçündür. Və yaddaş tutumunu artırmaq üçün nəzərdə tutulmuşdur. Aşağıdakı şəkildə 128MB xarici yaddaş qurğusunu görə bilərsiniz:
HWİC (High Speed WAN(Wide Area Network) İnterface Card) slotlari – əlavə interface modullarının istifadə olunması üçün nəzərdə tutulmuşdur. Misal olaraq aşağıdakı rəsimdən HWIC-1GE-SFP interface modulunu görə bilərsiniz:
Növbəti məqalələrdə görüşənədək. Suallarınızı http://www.forum.technet.az saytından bizə ünvanlaya bilərsiniz.
Rizvan Bayramov
———————–
CCNA/CCNASEC/CCNP