Windows 8 üçün qısayollar (Keyboard Shortcuts)
Salam dostlar.
Bu məqalədə bir Windows 8 qısa yolları ilə tanış olacağıq. Klavyatura qısayolları bizim kompüterdən səmərəli istifadə etməyimizi təmin etmək üçün gözəl vasitələrdən biridir. Hamı mənimlə razılaşar ki, dil panelindən dili dəyişmək çətin bir iş olmasada, hər dəfə dil dəyişmək üçün siçana müraciət etmək yorucu bir işdir və işin tamamlanmasını ləngidir. Bu ləngimənin qarşısını almaq, məhsuldarlıq və professionallığı artırmaqda bizə bu qısa yollar yardımçı olacaqlar.
Düymə kombinasiyası | İcra olunacaq əməliyyat |
---|---|
Ctrl+plus (+) or Ctrl+minus (-)
|
Ekran görüntülərini , həmçinin BAŞLA (Start) səhifəsini yaxınlaşdırır və uzaqlaşdırır
|
Ctrl+scroll
|
Ekran görüntülərini , həmçinin BAŞLA (Start) səhifəsini yaxınlaşdırır və uzaqlaşdırır
|
Windows logo +C
|
ŞARM başlıqlarını açır
|
Windows logo +F
|
Faylları axtarmaq üçün Axtar şarmını açır
|
Windows logo +H
|
Paylaş Şarmını açır
|
Windows logo +I
|
Tənzimləmələr Şarmını açır
|
Windows logo +J
|
Əsas app ilə Snapped app (Sağ və ya sola kiçildilmiş) arasında seçimi dəyişir
|
Windows logo +K
|
Qurğular Şarmını açır
|
Windows logo +O
|
Ekran orieentasiyasını bərkidir (portrait və ya landscape) Win 8 RT
|
Windows logo +Q
|
Proqramlar üçün axtarış Şarmını açır
|
Windows logo +W
|
Tənzimləmələr üçün axtarış Şarmını açır
|
Windows logo +Z
|
App üçün mümkün əmrləri göstərir (Başlat səhifəsində)
|
Windows +Spacebar
|
Yazı dillərini dəyişir
|
Windows +Ctrl+space
|
Öncə seçilmiş yazı dilinə çevirir
|
Windows +Tab
|
İşlək App arasında dövr edir (desktop tipli proqrammlara aid deyil)
|
Windows +Ctrl+Tab
|
İşlək App arasında dövr edir və sol tərəfdə siyahını göstərir
|
Windows +Shift+Tab
|
İşlək App arasında əks istiqamətdə dövr edir (desktop tipli proqrammlara aid deyil)
|
Windows +PgUp
|
Başla səhifəsi və App-lər sol tərəfdəki Monitora daşınacaq. (Masaüstü proqramlar daşınmır)
(Görüntü iki monitor arasında genişləndirildiyi halda)
|
Windows +PgDown
|
Başla səhifəsi və App-lər sağ tərəfdəki Monitora daşınacaq. (Masaüstü proqramlar daşınmır)
(Görüntü iki monitor arasında genişləndirildiyi halda)
|
Windows +Shift+Nöqtə
|
Proqram mümkün kiçiltmə (Snap) variantlarını sol tərəfdən başlayır, dəyişir
|
Windows +Nöqtə
|
Proqram mümkün kiçiltmə (Snap) variantlarını sağ tərəfdən başlayır, dəyişir
|
Windows +Rəqəm | Tapşırıq panelinə bərkidilmiş proqramları rəqəmə uyğun olaraq açır |
Windows +Shift+Rəqəm | Tapşırıq panelinə bərkidilmiş proqramlardan rəqəmə uyğun olanının yenisini açır.Məs: Word faylı açıq olsa da onu deyil, yeni fayl açır. |
Windows +Alt+Rəqəm | Tapşırıq panelindəki proqramlardan rəqəmə uyğun olanının üzərində keçid menyusu açır. |
Windows +Ctrl+F | Kompüterləri axtarır (Şəbəkəyə bağlı olmalıdır) |
Windows +Pause | Kompüterin sistem xüsusiyyətlərini açır |
Windows +Plus (+) | Böyüdücünü açır |
Windows +Enter | Ekram Diktorunu açır |
Windows +U | Ümumi alətlərə Cəd Müraciəti – i açır |
NUM LOCKu 5 saniyə tut | Caps Lock, NumLock və Scroll Lock-a çevirərkən səs siqnalı verir |
SHİFT-i 5 dəfə ardıcıl bas | Shift, CTRL və ALT yapışqan düymələrə çevrilir. |
Daha ətraflı siyahı (İngilis dilində)
Dostlar, güman edirəm ki, sizlər üçün də maraqlı məlumatlar oldu. Növbəti məqalədə görüşənədək.