Windows 8.1 Preview quraşdırılması

Bu məqaləmizdə Sizlərə Windows 8.1 Preview  quraşdırılması haqqında məlumat verəcəyik.

Windows 8.1 Preview quraşdırılması üçün İSO faylını http://windows.microsoft.com/en-us/windows-8/preview-iso ünvanından yükləyə bilərsiniz. İSO faylını kompüterinizə yüklədikdən sonra iso faylının içində yerləşən setup.exe-ni işə salırıq.  Setup.exe-ni işə saldıqdan sonra qarşımıza aşağıdakı görüntü çıxacaq. Yenilənmələri quraşdırıb davam etmək üçün Go online to install updates now, birbaşa quraşdırmağa başlamaq üçün No, thanks seçib Next etmək lazımdır.

windows-8.1-1

Növbəti mərhələdə iso faylını endirən zaman portal qeyd olunmuş açarı müvafiq sahəyə yazırıq. Açarın düzgünlüyü yoxlandıqdan sonra Next deyməsi aktivləşəcək. Next düyməsi aktivləşdikdən sonra Next edib davam edirik.

windows-8.1-2

Şərtləri oxuduqdan və qəbul etdikdən sonra Accept edərək davam edirik.

windows-8.1-3

Növbəti mərhələdə Next edirik.

windows-8.1-4

İnstall edirik və quraşdırılma prosesi başlanır.

windows-8.1-5

windows-8.1-6

İlk proses yekunlaşdıqdan sonra avtomatik olaraq növbəti prosesə keçir və bir müddət davam edir.

windows-8.1-7

Proses yekunlaşdıqdan sonra növbəti mərhələdə Region and language sazlanmaları aparılır və Next edilir.

windows-8.1-8

Kompüterə ad verilir və rəng seçimi aparılır. Next edirik.

windows-8.1-9

Customize menyusu vasitəsilə istədiyimiz sazlanmaları apara bilərik. Use express settings susmaya görə sazlanmalardan istifadə edərək davam edir.

windows-8.1-10

İstifadəçi sazlanmaları aparılır və sistem yeni variantda açılmağa başlayır.

windows-8.1-11

windows-8.1-12

windows-8.1-13

Bununla da Windows 8.1 Preview quraşdırılması prosesi yekunlaşmış olur.  Windows 8.1 Preview ilə gələn yeniliklərdən biri aşağıdakı şəkildə də öz əksini tapmışdır. Windows 8.1 Preview ilə Start menyusu da tapşırıq çubuğunda əks olunur.

windows-8.1-14

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 2 )

  1. Kənan bəy dəyərli məqalələriniz üçün dərin təşəkkürlər.

Şərh yazın