TMG Serverdə RDP Portun açılması.

Salam dostlar. Bu günkü məqaləmizdə biz, TMG server`də RDP portun açılmasından bəhs edəcəyik. İlk öncə onu qeyd edim ki, TMG Server`də RDP portun birbaşa qlobal şəbəkəyə açılması, olduqca təhlükəlidir. Yaxşı olar ki, biz əvvəlcə VPN servisi qaldıraq və daha sonra VPN clientlər üçün RDP portu açaq. Bu zaman məlumatlar şifrələnmiş şəkildə ötürüldüyü üçün, təhlükəsizliyimizi təmin etmiş olacağıq. TMG Serverdə VPN servisi qaldırmaq üçüb bu məqaləni oxuya bilərsiniz.
İndi isə keçək, RDP portun birbaşa global şəbəkəyə açılmasına.
İlk öncə TMG konsolunda “Firewall Policy”->“Tasks” bölümünə gəlirik. Daha sonra Publish Non-Web Server Protocols düyməsini sıxaq.

Daha sonra qarşımıza aşağıdakı kimi pəncrə çıxacaq.
Server Publishing Rule Name : Rule`muza ad verək.İstənilən ad verə bilərik. Adlandırdıqdan sonra Next düyməsi ilə davam edə bilərik.
2

Sonrakı pəncərədə TMG serverimizin IP adresini yazaq. Mənim TMG serverimin IP`si 172.16.10.10`dur. Next düyməsi ilə davam edək.
3

İndi isə gəldik Protocol seçiminə. Burada RDP (Terminal Services) Server protokolunu seçirik. Next düyməsi ilə davam edək.
4

Bu pəncərədə haradan qoşulacağımızı qeyd edirik. Biz burada External seçirik. Bu seçimlə biz, TMG serveri RDP port vasitəsi ilə global şəbəkəyə açmış oluruq. Daha sonra Next düyməsi ilə davam edirik.
5

Növbəti pəncərə bizim son pəncərəmizdir. Sonuncu pəncərədə etdiyimiz əməliyyatlar barədə qısa icmal görürük. Finish düyməsi ilə əməliyyatlarımızı tamamlayırıq.
6

Apply düyməsi ilə etdiyimiz konfiqurasiyanı tətbiq edirik.
8

Göründüyü kimi Rule`muz artıq hazırdır.
7

Qeyd: Əziz dostlar, əgər sizdə TMG`dən qabaq hansısa front-end firewall dayanmışdırsa (məsələn: modem), həmin qurğuda bu məqalənin sonundakı kimi port yönləndirilməsi lazım olacaq.

Dəyərli dostlar, bu məqaləmiz bura qədər. Ümid edirəm ki, yararlı oldu.

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 1 )

    • Samir / . Dərc edilib:A 21/07/2013 at 6:22 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Ela,
    Teklif ederdim, bu tipli portlarin acilmasinda hem de portun deyisdirilmesi gosterilsin..
    RDP portu bir basa Extetranal-a cixaramaq tehlukelidi .

Şərh yazın