Nüsxəsi alınmış GPO`lardakı dəyişikliyə baxmaq
Salam Dostlar, əgər, əvvəlki məqalələri oxumusunuzsa, bilirsiniz ki, GPO`nun nüsxəsinin necə alınması haqqında məqaləmiz var: Windows Server 2012 GPO nüsxə alma
Deyəlim ki, bir neçə GPO nüsxəsi almışıq və bunun üzərindən uzun zaman keçib.Bir an düşünün ki, sizə bu GPO`lardan biri lazımdır.GPO`lar çox olduğu üçün dəqiq bilmirsiniz ki, hansı GPO sizə lazımdır.Narahat olmağa ehtiyac yoxdur.Bu məqaləmizdə əvvəlcədən nüsxəsi alınmış GPO`lara baxa biləcəyik.Bunun üçün Group Policy Management açırıq və Group Policy Object üzərində mouse`un sağ düyməsini sıxıb, Manage Backups seçirik.
Daha sonra aşağıdakə pəncərə açılır.Gördüyünüz kimi ilk olaraq pəncərə özü biz GPO`ların nüsxəsini hara almışıqsa, oranı açır.Təbii ki, əgər, başqa yerdə GPO nüsxəmiz varsa, BROWSE düyməsinə sıxaraq seçə bilərik.Eyni zamanda bu pəncərədən DELETE düyməsini istifadə edərək silə bilərik və ya RESTORE düyməsini sıxaraq nüsxədən bərpa edə bilərik.Bizə hal-hazırda lazım olan xüsusiyyət isə VIEW SETTINGS`dir.
VIEW SETTINGS düyməsinə sıxırıq və aşağıdakı pəncərə açılır.Gördüyünüz kimi Internet Explorer bizdən tələb edir ki, bu saytı Trusted Sites bölməsinə əlavə edək.
Əgər, ənənəvi üsulla əlavə etmək istəsək, yəni ADD düyməsinə sıxaraq bunu etmək istəsək, aşağıdakı xəta ilə qarşılaşacağıq.
Amma narahat olmağa ehtiyac yoxdur.Yuxarıdakı keçidin qarşısına *: bu yazıları əlavə edirik.Aşağıda şəkildə də görə bilərsiniz.Sonra yenidən əlavə etməyə çalışırıq və öhdəsindən gəlirik.
Nəticədə gördüyünüz kimi nüsxəsini aldığımız GPO`da olan bütün dəyişiklikləri görə bilirik.
Bundan sonra çox rahatlıqla istədiyiniz GPO haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA
Şərhlər ( 2 )
Fərhad bəy dəyərli məqalələr üçün dərin təşəkkürlər.
tesekkur edirem