Windows 8-də sistemə avtomatik giriş
Bu məqaləmizdə Sizlərə Windows 8 əməliyyat sistemində istifadəçi adı və parol daxil etmədən sistemə avtomatik giriş üçün lazım olan sazlanmalar barəsində məlumat verəcəyik.
Bunun üçün Search sahəsində Run yazırıq və klaviaturadan Windows + R düymələrinin köməyi ilə Run açırıq.
Open sahəsinə netplwiz əmrini daxil edirik və OK düyməsini tıklayırıq. Aşağıdakı şəkildəki pəncərə açılacaq.
Şəkildən göründüyü kimi Users must enter a user name and password to use this computer seçimi təsdiq olunmuşdur. Biz sistemə avtomatik girişi təmin etmək üçün seçimdən imtina edirik və Apply düyməsini tıklayırıq. Nəticədə aşağıdakı şəkildə əks olunmuş pəncərə ekranda görünəcəkdir.
Parolu və parolun təsdiqini daxil edib OK düyməsini tıklayırıq. Kompüteri yenidən başlatdıqda artıq istifadəçi adı və parol yazılmadan birbaşa sistemə daxil olunacaqdır.
Şərhlər ( 5 )
Tesekkurler her defe parol yigmaqdan bezmisdim))
Kənan bəy, əla məqalədir.
Qeyd: Şifrəsiz girişi təmin edərkən təhlükəsizlik məqamını yaddan çıxartmayaq, inşAllah.
Çox sağ olun, Elvin bəy. Əlbəttə istifadəçi nəzərə almalıdır ki, birbaşa giriş kompüterdən istifadə edə biləcək digər şəxslərin də girişini asanlaşdırır.
bilmirem niye amma bu mende bir defe ise yaradi 2ci defe restart edende yene wifre istedi
İstifadəçinin parolu və ya adı dəyişdirildikdə, yaxud da sistem sıfırlandıqdan sonra sazlanma yenidən aparılmalıdır.