Windows Explorer ilə FTP Serverə qoşulmaq.

Salam dostlar. Biz bugünkü məqaləmizdə, FTP Managerlər olmadan (FileZilla, Cuteftp və s.), necə birbaşa windows explorer vasitəsi ilə FTP Serverə qoşulmadan bəhs edəcəyik.
Bu nümunədə mən Windows 8 ƏS istifadə edəcəm. Nəzərinizə çatdırım ki, bu əməliyyatlar digər Windows platformalı əməliyyat sistemlərində də mümkündür.

İlk öncə biz “My Computer”i açıb, “Add network Location” düyməsini sıxırıq.
1

Daha sonra beəl bir pəncərə qarşımıza çıxacaq, “Next” düyməsi ilə davam edirik.
2

Bu pəncərədə də, əlavə heç bir şey etməyə ehtiyac yoxdur, “Next” düyməsi ilə davam edək.
3

İndi isə qoşulmaq istədiyimiz Serverin ya domen adını ya da IP`sini yazırıq. Yaddan çıxarmayaq ki, biz həmən serverə FTP protokolu ilə qoşuluruq və mütləq domen adından (və ya IP addresdən) qabaq “ftp://” yazmalıyıq. Next düyməsi ilə davam edək.
4

Bu pəncərədə biz FTP istifadəçi adını yazırıq.
Burada bizim üçün digər seçim isə anonim istifadəçi adı ilə qoşulmağımızdır. Bir çox server`də anonim ilə qoşulmaq mümkündür. Təbii ki, həmin serverdə bunun üçün icazə verilibsə. “Next” düyməsi ilə davam edək.
5

Daha sonra bu FTP üçün ad verməyimiz tələb olunur. İstənilən ad verə bilərik mən “FTP Technet” adı verirəm. “Next” düyməsi ilə davam edirik.
6

Aşağıdakı pəncərədə Finish düyməsi ilə işlərimizi yekunlaşdırırıq. “My Computer”in içində artıq FTP linkimiz yaranmış olacaq.
7

Finish düyməsindən sonra FTP istifadəçi adını və parolu soruşan pəncərə açılacaq.Biz yuxarıda istifadəçi adını qeyd etmişdik, parolu da daxil edib artıq rahat bir şəkildə FTP serverimizdə, lazım olan işlərimizi görək.
8

Ümid edirəm ki, yararlı məqalə oldu. Oxuduğunuz üçün təşəkkür edirəm.

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 3 )

  1. Gözəl, qardaş. Zehninə qüvvət.

  2. Çox sağolun. Allah elminizi güclü eləsin inşaAllah

  3. təşəkkür edirəm

Şərh yazın