Windows 8-də tapşırıq çubuğunun (taskbar) sazlanması
Bu məqaləmizdə Sizlərə Windows 8-də tapşırıq çubuğunun sazlanması haqqında məlumat verməyə çalışacağıq.
Tapşırıq çubuğunu (taskbar) sazlanmasına daxil olmaq üçün Tapşırıq çubuğunun üzərində siçanın sağ düyməsini tıklayaraq açılan pəncərədə Properties menyusunu seçmək lazımdır.
Və ya Search bölməsində Control Panelə daxil olaraq daha sonra Taskbar seçmək kifayətdir.
Bundan sonra tapşırıq çubuğunun sazlanma pəncərəsi ekranda əks olunacaqdır.
Lock the taskbar tapşırıq çubuğunu kilitləmək üçündür. Tapşırıq çubuğu kilitləndikdən sonra onun ölçüsünün və ya yerinin dəyişdirilməsinin qarşısı alınmış olur.
Auto-hide the taskbar seçimi təsdiqləndikdə tapşırıq çubuğundan istifadə etmədikdə ekranda görünmür, yalnız tapşırıq çubuğunun üzərinə gəldikdə tapşırıqlar çubuğu ekranda əks olunur.
Use small taskbar buttons seçimini təsdiqlədikdə tapşırıq çubuğundakı işarələr daha kiçik ölçüdə əks olunur.
Taskbar location on screen bölməsindən tapşırıq çubuğunun iş masasının hansı hissəsində yerləşəcəyini təyin etmək olar.
Taskbar buttons tapşırıq çubuğunda yerləşən proqramlar, qovluqlar və s. ayrı-ayrı və qruplaşdmış formada ekranda əks olunması üçün istifadə olunur. Aşağıdakı 1-ci şəkildə Never Combine, 2-ci şəkildə isə Always combine, hide labels seçimi edilmişdir.
Notification area tapşırıq çubuğunda əks olunan xəbərdarlıqların sazlanması üçün istifadə olunur. Tapşırıq çubuğunda əks olunan xəbərdarlıqlar bölməsi aşağıdakı şəkildə əks olunmuşdur.