CD, DVD, Blu-Ray
Salam, Əziz Dostlar. Bu məqaləmiz daşına bilən yaddaşlar haqqında olacaq. Yəni ümumilikdə Floppy, CD, DVD, Blu-ray yaddaşlardan bəhs edəcəyik. USB yaddaşlar isə növbəti məqalələrimizdən birinin mövzusu olacaq!
Bildiyiniz kimi kompüterlərin ilk istehsal olunduğu illərdə həcmlər çox böyük idi və günümüzdə istifadə olunan yaddaşlar hələ mövcud deyildi. O zamanlar məlumatların yazılması və daşınması üçün “Punched card” (adını daha çox Rus dilində eşitdiyimiz – перфокарта) istifadə olunurdu.
Bu kartlar, üzərində açılan deşiklər sayəsində məlumat yazıla bilən karton parçaları idi. Məlumatlar ekranda yazıldıqdan sonra kart xüsusi bir cihaza yerləşdirilir və o cihaz daxil edilmiş məlumatları xüsusi deşiklər açaraq bu karta yazardı. Məlumatın oxunması üçün kart başqa bir cihaza qoşular və istifadə olunardı.
Floppy:
“Punched card”-lardan sonra günümüzdə demək olar ki artıq istifadə olunmayan ikinci bir daşına bilən yaddaş növü də “floppy” disklərdir (digər adıyla “disket”).
Ən geniş istifadə olunan “floppy” disklərin ölçüsü 3.5″ və həcmi 1.44 MB olmuşdur. “Floppy” disklərin oxunması üçün 3.5″ disket sürücüləri istifadə olunur.
Şəkildəndə gördüyünüz kimi üç ölçüdə “floppy” disklər istifadə olunmuşdur.
8″ – 100 Kb, 5.25″ – 1.2 Mb, 3.5″ – 1.44 MB həclərə malik idilər.
Floppy disk sürücüləri anakartlara sərt disk bağlatısına oxşar, 34 pin bir bağlayıcı ilə qoşulur. (Bax: http://www.technet.az/2013/05/17/konnektor-v%C9%99-yuvalar-anakartlar-2/).
Ancaq sərt dikslərdən fərqli olaraq xüsusi bir enerji qoşulması istifadə edir. Bu konnektorlar bir çox enerji bloklarında mövcuddur.
Optik disklər:
Floppy disklərdən sonra və günümüzdə ən cox istifadə olunan informasiya daşıyıcıları optik disklərdir. Bu disklər 12 sm diametrə malikdir. Üç əsas optik disk növü var: CD (Compact Disc), DVD (Digital Versatile Disc/Rəqəmsal çoxyönlü disk), Blu-Ray (Mavi Lazer texnologiyalı disk).
Oxunma və yazıla bilmə qabiliyyətinə görə isə bir neçə növləri ayrıla bilər: CD-R, CD-RW, DVD, DVD+RW.
Optik disklərin oxunması və yazılması Optik disk sürücüləri vasitəsilə həyata keçirilir. Optik sürücülərin ən əsas hissəsi optik lazerlərdir. Kirlənməsi və korlanması halında disklər oxunmaya bilər. Bundan əlavə ilişmələr zamanı diskləri əllə çıxarmaq üçün sürücülərin ön hissəsində xırda deşik də mövcuddur.
Optik disklərdə məlumatlar mikroskopik dəliklər vatisətilə yazılır. Və bu məlumatlar diskin üst hissəsinə yaxın bir yerdə yerləşir. Disklərin alt tərəfi çızılmışdırsa və bu cızıqlar bir o qədər də dərin deyildə disklər hec bir xəta vermədən işləyər. Xəta verdiyi təqdirdə isə üzərindəki izlərin bir az silinməsi kifayətdir. Disklərin üst tərəfinin zədələnməməsinə diqqət yetirmək əhəmiyyətlidir. Yuxarıda qeyd etdiyimiz kimi, diskə yazılmış məlumatlat üst hissəyə yaxındır.
Məlumatlar disklərə 0 və 1-lər şəklində yazılır. Disk yazılarkən lazer başlıqlar disk üzərində xırda dəliklər açır və bəzi yerləri düz saxlayar. Dəlik açılmış hissələr 0, düz olan hissələr isə 1-ə uyğun gəlir. Diskin oxunması zamanı göndərilən lazer işıqları düz hissəsyə rast gələrsə bir başa əks olunar, ancaq dəliklərə rast gəlinərsə bir başa əks olunmaz və bu əks olunan şüalar disk oxuyucular üzərindəki ayna vasitəsilə ikilik kodlara çevrilər və məlumatlar oxunar. Disk üzərində açılmış bu dəliklər nə qədər xırda və sıx olarsa diskin həcmi də bir o qədər böyük olar.
Bütün optik disklərin işləmə prinsipi demək olar ki eynidir.
CD:
İlk CD-lər CDDA (CD Digital Audio) adında Audio disklərdir. Bu CD-lər səs fayllarını saxlamaq üçün təyin olunmuşdu, yalnız fayl və qovluq quruluşuna sahib deyildirlər. CD üzərində digər verilənləri saxlamaq üçün xüsusi üsullar hazırlanmışdır. CD-ROM CD-lərin fayl və qovluq xüsusiyyəti əlavə olunmuş halıdır.
CD-lər CDFS fayl sistemini istifadə edir. Bu isə öz növbəsində kompüter olmayan digər qurğularda CD-lərin oxunmasını təmin edir.
İlk CD-ROM sürücülərin sürəti 150 KB/s idi. İllərlə CD sürəti artıqca bu sürətlər ilk sürətin qatları şəklində ifadə olunmağa başladı. Misal üçün 52x yazılışı 7800 KB/s (52×150) sürətində işləyən bir sürücünü ifadə edir.
CD-R (CD-Recordable) tipi CD üzərin. məlumat yazmağa imkan verir. 74-80 dəqiqəlik, 650-700 MB həcmə sahib növləri var. Yazma xüsusiyyəti olan sürücülərin lazer oxuma başlığından başqa daha güclü olan ikinci bir lazer başlığı da vardır. Yazma sürəti də 150 kb/s-nin qatları şəklində ifadə olunmasına baxmayaraq oxuma və yazma xüsusiyyətləri fərqlidir. Hər zaman Yazma sürəti ya oxuma sürətinə bərabərdir, ya da daha yavaşdır.
CD-RW: CD-Rewritable – təkrar yazıla bilən diskləri ifadə edir. CD-R yalnız bir dəfə yazılıb daha sonra silinə bilməzkən, CD-RW disklər isə silinəbilər və yenidən məlumat yazıla bilər. CD-RW sürücülər yazma, yenidən yazma və oxuma kimi üç sürətə sahibdir. (misal: 8x4x32).
UDF (Universal Data Format) CDFS (ISO-9660) fayl sisteminin əvəzinə təkmilləşdirilmişdir və CD- RW disklərin sabit disklərin kimi istifadə olunmasını təmin edir. Fəqli sürücülərdə və fərqli əməliyyat sistemlərində oxuna bilən tək bir fayl forması yaradır. Windows Vista-ya qədər Windows-un heç bir əməliyyat sistemi UDF disklərə yaza bilmirdi, ancaq bu fayl sisteminə malik diskləri oxuya bilirdi. Əvvəlki Windows versiyalarında bunun üçün əlavə UDF diskləri yaza bilən proqramlardan istifadə olunmalı idi.
DVD (Digital Versatile Disk):
DVD-lər ilk olaraq “DVD Video Disk” olaraq bazara çıxarılmışdır. Daha sonra digər fayllar əlavə olunması xüsusiyyəti ilə “Versatile” olaraq dəyişilmişdir.
DVD-lərin tək və ikiüzle, tək və ikiqatlı növləri vardır:
SS: Single Sided / DS: Double Sided
SL : Single Layer / DS: Double Layer
Bu xüsusiyyətlərinə görə 4 fərqli DVD növü mövcuddur:
DVD-5 (SS/SL) 4.37 GB
DVD-9 (SS/DL) 7.95 GB
DVD-10 (DS/SL) 8.74 GB
DVD-18 (DS/DL) 15.9 GB
DVD-lər daha çox həcmə malik olmalarına baxmayaraq CD-lərlə eyni xüsusiyyətə malikdirlər. DVD-R və DVD+R disklər CD-R disklərinə uyğun gəlir və yazıla biləndirlər. DVD-RW və DVD+RW isə CD- RW növünə uyğundur və yenidən yazıla bilmə xüsusiyyətinə malikdirlər. “-” və “+” işarələri fərqli firmaların xüsusiyyətlərini ifadə edir. İlk DVD sürücüləri DVD oxuya bilən CD- RW sürücüləri idi. Ancaq tezliklə yerlərini DVD± RW sürücülərinə verdilər. DVD üçün 1x sürət 1350 KB/s-dir. Yəni CD-lərdən 10 dəfəyə qədər daha sürətlidir.
Blu-Ray:
Blu-Ray disklər CD və DVD-dən fərqli olaraq qırmızı yox, mavi lazer işiğı istifadə edir. Elə adını da buradan götürmüşdür. CD və DVD-yə uyğun olan növləri vardır: BD-ROM (Sadəcə oxuna bilən), BD-R (yazıla bilən), BD-RE (Yenidən yazıla bilən). DVD-yə oxşar şəkildə iki qatlı və iki üzlü formaları da mövcuddur. (Single-Side Blu-Ray 25 GB həcmə malikdir).
Blu-Ray-də 1x sürəti 36 MB/s-dir. 8x sürətə qədər dəstəklənməkdədir.
Bu günlük də bu qədər, Əziz dostlar. Görüşmək ümidi ilə!
Şərhlər ( 2 )
Röyal bəy dəyərli məqalələr üçün dərin təşəkkürlər.
Çox Sağolun Müəllim!