Windows 7-də kompüter və sistem özəllikləri
Bu mövzumuzda Sizlərə kompüterin və əməliyyat sisteminin özəlliklərinə baxmaq haqqında məlumat verəcəyik. Kompüterin sistem özəlliyinə baxmaq üçün Computer üzərinda sağ düyməni tıklayaraq Properties menyusunu seçirik.
Properties menyusunu seçdikdən sonra ekranda aşağıdakı pəncərə əks olunacaqdır.
Şəkildə göründüyü kimi pəncərə açıldıqdan sonra Əməliyyat sistemi, prosessor, əməli yaddaş (RAM), sistem növü, kompüterin adı, əməliyyat sisteminin aktivləşdirilməsi barəsində informasiya əks olunur.
Kompüter və əməliyyat sistemi haqqında informasiya almaq üçün ikinci üsul systeminfo əmrindən istifadə etməkdir.
Bunun üçün cmd-ye daxil olaraq systeminfo əmrini yazaraq enteri tıklayırıq. Daha sonra aşağıdakı kimi görüntü ekranda əks olunacaq.
Kompüterin sistem özəlliklərinə baxmaq üçün daha bir üsul isə dxdiag vasitəsilə sistem özəlliklərinə baxmaqdır. Bunun üçün Run-a dxdiag yazaraq enteri tıklamaq kifayətdir.
Video kartın parametrlərinə baxmaq üçün Display bölməsinə keçmək lazımdır.