Hyper-V Virtual Sərt Disklərinin yaradılması
Salam dostlar. Bu məqaləmizdə Virtual Sərt Disklər haqqında danişacayıq. Ümümuyyətlə Virtual sərt diskləri Virtual maşin olmadan belə yaratmaq olar. Bunun bir səbəbi fiziki yaddaşda olan məlumatları virtual yaddaş diskinə köçürmək ola bilər. İndi isə virtual yaddaş dikinin yaradılması prosesinə baxaq:
- Hyper-V manager də hostun adının üzərində sağ düyməni sıxib New Hard Disk seçirik
2. New Virtual Hard Disk Wizard səhifəsi açılır. Before you begin səhifəsində Next seçirik.
3. Choose Disk Format səhifəsində virtual sərt diksin formatını seçmək lazım gəlir.
VHD: Maksimum 2048 GB tutuma malik ola bilər.
VHDX: Maksimum 64 TB tutuma malik ola bilər. Bu tip virtual sərt disk növündə elektriklə ola biləcək problemlər sıradan çıxma halları az olur. Windows Server 2012 əməliyyat sistemindən əvvəlki əməliyyat sistemləri bu sərt disk quruluşunu dəstəkləmir.
4. Choose Disk Type səhifəsində virtual sərt diskin tipini seçmək tələb olunur.
Fixed-size disks: bu sərt disk tipində virtual maşın ona ayrılmış bütün virtual disk tutumunu özü üçün fiziki yaddaşda rezerv edir. Məsələn əgər virtual maşının sərt diski üçün 300 GB yer ayrılırsa, virtual maşın cari vaxtda bu disk tutumunun 20 GB istifadə etsə belə, 300 GB yer fiziki yaddaşda rezerv olunur. Bu disk tipi adətən yüksək performans tələb olunan application-ların yerləşəcəyi virtual maşınlarda istifadə edilir.
Dynamically expanding disks: sərt disk tipində virtual maşın yalnız cari vaxtda istifadə edəcəyi yaddaş tutumunu fiziki yaddaşda özunə rezerv edir. Məsələn əgər virtual maşının sərt diski üçün 300 GB yer ayrılırsa, virtual maşın cari vaxtda bu disk tutumunun 20 GB istifadə etsə belə, 20 GB yer fiziki yaddaşda rezerv olunur. Yaddaşa tələbat yarandıqca virtual sərt diskin də fiziki sərt diskdə həcmi böyüyür. Bu disk tipi adətən yüksək performans tələb olunmayan application-ların yerləşəcəyi virtual maşınlarda istifadə edilir, məsələn test serverlərdə. Bu yaddaş tutumu həm də fiziki yaddaşdan daha qənaətlə istifadəyə səbəb olur.
Differencing disks: Əgər biz virtual maşın üzərində dəyişikliklər edəcəyiksə bu virtual sərt disk növünü seçə bilərik. Belə ki vu sərt disk üzərində olan dəyişikliklər ilk növbədə başqa bir virtual sərt diskdə yaddaşda saxlanılır. Beləliklə hər hansı yalnış dəyişiklik zamanı əvvəlki informasiyaları geriyə qaytarmaq mümkün olur. Bu virtual sərt disklər üzərindı roll back funksionallığı vardir. Dəyişiklikləri yadda saxlayan virtual sərt disklər də VHD və ya VHDX formatlarına malik olurlar.
Pass-through disks: Bu virtual sərt disk növü vasitəsilə VM-ları birbaşa fiziki LUN-a bağlamaq olar. Bu sərt disk növündə performans fiziki sərt diskdəki kimi yüksək olur. Bu virtual sərt disk tipinin yaradılması qaydasıl fərqlidir, bu haqda gələcək məqalələrimizdə danışacayıq.
5. Specify name and location səhifəsində virtual sərt diskə ad verilir və yaddaşda saxlanma yeri seçilir.
6. Configure disk səhifəsində virtual sərt diskə bizə lazım olan həcm limiti verilir.
Create a new blank hard disk: Yeni boş virtual sərt disk yaradır.
Copy the contents of the specified physical disk: Bu bölməni seçib fiziki diksi göstərsək bu zaman system virtual sərt diks yaratmaqdan əlavə, göstərdiyimiz fiziki yaddaşda olan informasiyaları da yeni yaradılmış virtual sərt diskin içinə köçürəcək.
Copy the contents of the specified virtual hard disk: Bu bölməni seçib virtual sərt diski göstərsək bu zaman system yeni virtual sərt disk yaratmaqdan əlavə, göstərdiyimiz virtual sərt disk yaddaşında olan informasiyaları da yeni yaradılmış virtual sərt diskin içinə köçürəcək.
7. Summary bölməsində yuxarıda seçdiyimiz seçənəklər barəsində yekun məlumat əks olunur. Finish düyməsini sixmaqla virtual sərt diski yaratmış oluruq.
Şərhlər ( 1 )
sagolun