Hyper-V – hypervisorunda Virtual switch-lərin yaradılması.
Salam. Bu məqaləmizdə Hyper-V – hypervisorunda Virtual switch-lərin yaradılması ilə tanış olacayıq. İlk növbədə virtual switch-lərin tipləri ilə tanış olaq. Hyper-V –də 3 növ virtual switch tipi vardır: private, internal, və public .
Private Switch
Private switch eyni host daxilində olan virtual maşınların bir-birləri ilə əlaqə yaratması üçün nəzərdə tutulub. Bu swich tipi məntiqidir və swichin yaradılması üçün heç bir fiziki şəbəkə kartına gərək yoxdur. Biz bu switch vasitəsilə VM-ları global və ya local şəbəkəyə qoşa bilmərik.
Internal Switch
Bu switch növü private switch-ə bənzəyir. Yalnız bir fərq var ki bu tip switch vasitəsilə host üzərində olan VM- lar həm öz aralarında həm də yerləşdiyi hostun özü ilə əlaqə yarada bilərlər.
External Switch
Bu tip switch host-da olan virtual maşınların oz aralarında şəbəkə əlaqəsi yaratmağa, habelə VM-ların local və ya global şəbəkə ilə əlaqəsini təmin etməyə köməklik edir. Bu tip virtual switch –i yaratmaq üçün fiziki şəbəkə kartına ehtiyyac var. Hər bir fiziki şəbəkə kartı köməkliyi lə bir virtual switch yarada bilərik.
Aşağıdakı şəkildə private və external switch-lərin fərqi göstərilmişdir.
Indi isə Hyper-V 3.0 versiyada external switch yaradılmasına baxaq.
- Server manager-dən tools menyusundan Hyper-V Manager seçməklə Hyper-V moduluna keçirik.
2. Host üzərindı sağ düyməni sıxmaqla Virtual switch Manager seçirik.
3. Virtual switch-in tipini seçirik. Bizim misalımızda external switch yaradacayıq.
4. Açılan bölmədə Virtual switch- ad veririk. Bundan başqa switch növü external olduğundan, external switch isə fiziki şəbəkə kartı üzərindən işlədiyindən, switch-in işləyəcəyi şəbəkə kartını seçirik.
Bu bölmədə VLAN-İD seçimi vardır . Bu seçim vasitəsilə biz virtual şəbəkəni virtual LAN –lara bölə bilərik.
SR-IOV – Fiziki şəbəkə kartını birbaşa virtual maşına bağlamaq üçün istifadə edilir. Bu seçim seçilərsə bu virtual switch-ə bağlanmış virtual maınlara müraciətlər virtual switch üzərində emal olunmur. Bu da öz növbəsində VM-in fiziki şəbəkəyə müraciətini asanlaşdırı, performansı artırır.
Sonda OK düyməsini sıxırıq.
Şərhlər ( 4 )
Salam aleykum bir external swich yaradıldıgı halda bu swich-ə maksimum neçə VM qoşula bilər??
Salam Tariyel bey. Burada limit yoxdur. Host uzerinde olan istenilen sayda Virtual maşını virtual swich e qoşa bilərsiniz. Sözsüz ki nezere almalısınız ki VM lərdən informasiya axışı çoxaldıqca virtual swicha yaradılmış NİC gücə düşəcək, o zaman məsləhətdir ki VM ların bir hissəsini başqa virtual swich yaradıb ona qoşasınız
Qeyd etmisiz ki – Hər bir fiziki şəbəkə kartı köməkliyi lə bir virtual switch yarada bilərik bele cixir ki ikinci Virtual Swich-i yaratmaq ucun men yeni bir Lan kart qosmaliyam?
tesekkur edirem