Remote Desktop Licensing (RD Licensing)

Bu məqaləmizdə Sizə  RD Licensing haqqında məlumat verəcəyik. RD Licensing (Terminal Services Licensing) RDS serverə qoşulmaq üçün istifadə olunan RDS klient lisenziyalarını (Remote Desktop Services client access licenses) idarə etmək üçündür. RDS lisenziyalarının iki tipi mövcuddur. Per devicePer user. Per device avadanlıqların sayına görə, Per user istifadəçilərin sayına görə lisenziya tipidir.

Per device lisenziya tipində yalnız lisenziyada göstərilmiş sayda avadanlıq vasitəsilə RDS serverə qoşulmaq mümkündür. Məsələn Per device lisenziya tipində 10 klient üçün lisenziya aktivləşdirmişiksə, yalnız 10 avadanlıq RDS serverə qoşula bilər.

Per user lisenziya tipində isə istifadəçilərin sayı nəzərə alınır. Məsələn Per user lisenziya tipində 10 klient üçün lisenziya aktivləşdirmişiksə, kompüterin sayından asılı olmadan 10 istifadəçi serverə qoşula bilər.

Lisenziya aktivləşdirilənə qədər Microsoft tərəfindən RDS serverə qoşulmaq üçün 120 günlük test müddəti verilir. Serverə daxil olduqda RDS serverə qoşulmaq üçün test müddəti barədə xəbərdarlıq göstərilir.

RDS server üçün klient lisenziyalarını aktivləşdirmək üçün Server Manager-ə daxil oluruq, Tools bölməsindən Terminal Services > Remote Desktop Licensing Manager seçimini edirik.

RDlicensing-01

Technet üzərində sağ düyməni tıklayırıq və aşağıdakı pəncərəyə uyğun görünüş əks olunur.

RDlicensing-02

Activate server əmrini seçirik. Aktivləşdirmə 3 üsulla aparıla bilər – avtomatik, telefon və brauzer vasitəsilə. Telefon və brauzer vasitəsilə aktivləşdirmə zamanı ProductİD-yə uyğun aktivləşdirmə kodu alınır və müvafiq sahələrə daxil edilir. Məsələn

RDlicensing-03Klientlərin sayı, Windows server barədə məlumatlar müraciət zamanı bildirilir. Lisenziyanın aktivləşdirilməsi üsulları barədə daha ətraflı http://technet.microsoft.com/en-us/library/cc725890.aspx ünvanından məlumat əldə edə bilərsiniz.

İndi RDS serverin istifadə edəcəyi RD licensing serveri təyin edək.

Server manager-ə daxil oluruq. Remote Desktop Services bölməsində Overview seçirik.

RDlicensing-1

RD licensing seçirik və  qarşımıza aşağıdakı pəncərə çıxır.

RDlicensing-2

RD licensing server olaraq əlavə etmək istədiyimiz serveri Selected sahəsinə əlavə edirik və Next edirik.

RDlicensing-3

Növbəti pəncərədə əlavə etmək istədiyimiz RD licensing Server əks olunur. Add edərək davam edirik.

RDlicensing-4

RDlicensing-5

Close edirik. Bununla da RDS server üçün lisenziya serveri əlavə edilmiş olur. Bundan sonra klient kompüter RDS serverə qoşulmaq istədikdə lisenziya üçün RD Licensing serverə müraciət edəcək.

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 1 )

  1. tesekkur edirem

Şərh yazın