HP Proliant serverlərdə şəbəkə kartlarının qruplaşdırılması
Əvvəlki məqalələrdə Server 2012 üzərində şəbəkə kartlarının qruplaşıdırlması haqqında məlumat verilib. Bu məqaləmizdə Sizə HP Proliant serverlər üzərində şəbəkə kartlarının qruplaşdırılması üçün HP Network Config Utility-nin istifadəsi haqqında məlumat verəcəyik. HP Network Config Utility Windows Server 2003,2008 və ya 2008 R2 üzərində şəbəkə kartlarının qruplaşdırılması üçün istifadə edilir.
HP Network Config Utility Control panel bölməsində yerləşir.
HP Network Config Utility-ni açdıqdan sonra siyahıda aktiv olan şəbəkə kartlarımız görünür.
İndiki nümunədə biz iki şəbəkə kartını qruplaşdıracağıq. Lazım gəldikdə bir neçə şəbəkə kartını da qruplaşdırmaq mümkündür. Siyahıdan şəbəkə kartlarımızı seçirik və Team düyməsini tıklayırıq.
Bundan sonra şəbəkə kartlarının qruplaşması əmələ gələcək. Qruplaşmanı seçərək Properties seçsək, qruplaşmaya aid sazlanmaları apara bilərik.
Bu nümünədə biz qruplaşmanın adını dəyişərək LAN-TEAM edirik.
Dəyişiklikləri təsdiq edirik və proses bir müddət davam edir. Proses yekunlaşdıqdan sonra ekrana çıxan xəbardarlıqları təsdiq edirik. Bununla da şəbəkə kartlarının qruplaşdırılması yekunlaşmış olacaq. Artıq bir şəbəkə kartını deaktiv etsək və ya kabelini çıxartsaq, serverimizin şəbəkəsi yenə də aktiv olaraq qalacaq.
Şərhlər ( 2 )
Təşəkkürlər!
Təşəkkür edirəm Kənan.