Vmware Workstation üzərində VHD formatlı virtual maşın işlətmək
Salamlar.Bu məqaləmdə sizlərə VHD formatlı virtual maşını vmware üzərində işlətməyi görsədəcəyəm. Bunun üçün bizə lazım olanlar:
1) VHD faylı
2) Vmware Convertor Standalone (üzərinə klikləyərək keçiddən isdifadə edə bilərsiniz)
Mərhələ 1:
Qovluq yaradıb həmin qovluğa sizə lazım olan vhd faylını yerləşdirin
Mərhələ 2:
Çevirmə üçün Vmware Convertor üçün VMC konfiqurasiya faylı lazımdır hansıki virtual maşının bütün xarakteriskalarını özündə cəmləşdirir.
MyVMC file bu keçiddən həmin txt faylı endirib genişlənməni vmc edib mərhələ 1 -də yaratdığımız qovluqda yaddaşa verin.(save edin)
vmc faylını notepad ilə açaraq şəkildə göstərilən kimi vhd faylı üçün direktoriyanı və adını qeyd edib yaddaşa verin.
Mərhələ 3:
Vmware vCenter Convertor Standalone calışdırın.
Convert machine klikləyib
Select source type: backup image or third-party virtual machine seçirik
Virtual machine file: sizin vhd faylınız
Next düyməsinə vuraraq növbəti addımı şəkildəki kimi tamamlayın.
- Select destination type : VMware Workstation or other VMware virtual machine
- Select VMware product : VMware Workstation 7.0.x
burada Name: virtual maşınımızın adı
Select a location for the virtual machine: çevriləcək olan virtual maşının harda yaddaşda qalmasını göstərəcəyik.
Next tıklayıb növbəti addıma keçirik
parametrləri isdədiyiniz kimi dəyişə bilərsiniz əmin olunki Install VMware Tools seçilidir.
next edib finish düyməsinə klikləyib, kovertasiyanı başladın
sonra vmx faylını açaraq virtual maşını start edə bilərsiniz.
Təşəkkürlər oxuduğunuza görə. Növbəti məqalədə görüşmək ümidi ilə.
Şərhlər ( 1 )
Sübhi qardaw emeyine gore cox sagol ama men eledim nese alinmadi,xahiw edirem komek edesen.microsoft-un saytindan windows server 2012-ni vhd fayli kimi yukledim.burda siz gosterdiyiniz ardicilliqlari bawa duwe bilmedim.Komek etseydiniz cox sevinerdim.