RDS Host sazlanmaları

Əvvəlki məqalələrimizdə RDS quraşdırılması haqqında məlumat vermişdik. Bu məqaləmizdə RDS Host sazlanması haqqında məlumat verəcəyik. RDS Host sazlanması vasitəsilə serverimizə qoşulacaq klientlər üçün sazlanmaları apara biləcəyik. Sazlanmaya başlamazdan əvvəl RDS role quraşdırdığımız serveri Domain-ə qoşmaq lazımdır. Yalnız bundan sonra RDS Host sazlanması ilə bağlı servisləri quraşdırmağa başlaya bilərik.

Server Manager-ə daxil olub Add Roles and Features seçirik.

Installation type hissəsində Remote Desktop Services İnstallation seçib Next edirik.

rds2-1

Deployment bölməsindən Quick Start seçib Next edirik.

rds2-2

Deployment Scenario bölməsindən Session-based desktop deployment seçib Next edirik.

rds2-3

Server Selection bölməsindən lazım olan serveri seçib Next edirik.

rds2-4

Confirmation bölməsində Restart the destination server automatically if required seçimini təsdiq edib Deploy edirik.

rds2-5

rds2-6

rds2-7

Proses bir neçə dəqiqə davam edir. Proses yekunlaşdıqdan sonra şəkildə qeyd olunmuş https://Technet.srv.test//rdweb ünvanı RemoteApp proqramlarından istifadə üçündür. Artıq RDS Host sazlanmalarına baxa bilərik.

Bunun üçün Server Manager-dən Remote Desktop Services seçmək lazımdır.

rds2-8

QuickSessionCollection bölməsindən Tasks > Edit Properties seçərək davam edirik.

rds2-9

Aşağıdakı şəkildəki bölmədən sazlanmaları apara bilərik.

rds2-10

General bölməsindən  Collection-un adını dəyişə və Description bölməsindən açıqlama əlavə edə bilərik.

rds2-11

User groups bölməsində yaratdığımız SessionCollectiondan hansı istifadəçi qruplarının istifadə edəcəyini təyin edirik.

rds2-12

Session bölməsində sesiya ilə bağlı sazlanmalar aparılır. Windows Server 2008 R2 əməliyyat sistemi ilə eyni sazlanmalara malikdir. Bu bölmədə

  • End a disconnected session – disconnect olunmuş sesiyanın nə qədər vaxtdan sonra sona çatması.
  • Active session limit – aktiv sesiyadan istifadə üçün limit təyin etmək üçündür
  • İdle session limit – gözləmə rejimində olan sesiyalar üçün limit təyin etmək olar.
  • Disconnect from the session – bölməsində sesiya kəsildikdə hansı yenidən qoşulma və ya sesiyanın sona çatdırılmasını təyin edə bilərik.
  • Temporary folder settings bölməsində müvəqqəti qovluqlarla bağlı sazlanmalara aparılır.

rds2-13

Security bölməsində qoşulma zamanı şifrələnmə və təhlükəsizlik səviyyəsi təyin olunur.

rds2-14

Load Balancing bölməsində birdən çox RDS Host server olduqda load balancing sazlanmaları aparıla bilər.

rds2-15

Client settings bölməsində RDS Host serverə qoşulan klientlərin hansı avadanlıqları və resusrları serverə yönəldə biləcəyini təyin edirik.

rds2-16

User Profile Disks bölməsində serverə qoşulan istifadəçilərin sazlanmalarının və profil qovluqlarının saxlanacağı yeri, hansı qovluqların olacağını təyin edə bilərik.

Növbəti məqalələrimizdə RemoteApp haqqında məlumat verəcəyik.

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 1 )

  1. sagolun

Şərh yazın