Klient kompüterlərin WSUS serverə əlavə edilməsi üçün Group Policy tənzimlənmələri
Əvvəlki məqaləmizdə Sizlərə WSUS haqqında məlumat vermişdik. İndi isə klient kompüterlərin WSUS-a əlavə edilməsi üçün Group Policy tənzimlənmələri barədə məlumat verəcəyik. Workgroupda olan klientlərdə Group Policy tənzimlənmələri hər bir klientdə aparılmalı olduğu halda, domain mühitində Default Domain Policy üzərində dəyişiklik apararaq dəyişikliyi bütün klienlətə tətbiq edə bilərik.
Bu məqaləmizdə Sizə workgroupda olan klientdə lazım olan Group Policy tənzimlənmələrini göstərəcəyik.
Local Group Policy Editora (gpedit.msc) daxil oluruq.
Computer Configuration > Administrative Templates > Windows Components > Windows Update bölməsini seçirik.
İlk əvvəl Configure Automatic Updates tənzimlənmələrini aparırıq. Configure Automatic Updates özəlliyini enable edib, Configure automatic updating hissəsində özünüzə uyğun olan seçimi aparırsız. Qeyd olunan bölmədə aşağıdakı özəlliklər var:
- Notify for download and notify for install – bu seçimi etsək həm yenilənmələr yüklənməsi üçün, həm quraşdırılması üçün istifadəçiyə xəbərdarlıq edəcək.
- Auto download and notify for install – bu zaman yenilənmələri yükləyəcək, lakin quraşdırılması üçün istifadəçiyə xəbərdarlıq edəcək.
- Auto download and schedule the install – bu zaman yenilənmələri avtomatik yükləyəcək və tapşırığa əsasən müəyyən olunmuş vaxtda quraşdırma aparacaq. İstifadəçidən asılı olmamaq üçün bu seçimin edilməsi daha məqsədə uyğundur.
- Allow local admin to choose setting – bu zaman seçim klient kompüterin inzibatçısı tərəfindən aparılacaq.
Biz qeyd etdiyimiz kimi daha məqsədəuyğun olduğu üçün Auto download and schedule the install seçirik. Scheduled install day quraşdırılmanın aparılacağı günü təyin edirik. Scheduled install time quraşdırılmanın aparılacağı saatı təyin edirik.
Bu tənzimlənməni yekunlaşdırdıqdan sonra Specify intranet Microsoft update service location üzərində dəyişiklik aparırıq. Qeyd olunan özəlliyi enable edərək, Set the intranet update service for detecting updates və Set the intranet statistics server sahələrinə WSUS serverin ünvanını və portu yazırıq. Default port http üçün 8530, https üçün 8531-dir. OK edirik. Aşağıdakı şəkildə əks olunmuşdur.
Group policy tənzimlənmələrinin tətbiqini gözləməmək üçn gpupdate /force komandasını işə salırıq. Bundan sonra WSUS server və klient arasında əlaqəni gözləməmək üçün cmd-ni Run as administrator kimi açıb wuauclt.exe /detectnow işə salırıq.
Aşağıdakı şəkildə işarələnmiş hissədən də göründüyü kimi klient kompüter WSUS serverə əlavə edildikdən sonra Windows Update bölməsində Managed by your system administrator əks olunacaqdır.
Eyni zamanda WSUS serverə daxil olaraq əlavə edilmiş kompüter barəsində informasiyaya baxa bilərsiniz. WSUS serverdə klient kompüter haqqında tam hesabata baxan zaman aşağıda şəkildə olan xətanı ala bilərsiniz. Microsoft Report Viewer 2008 SP1 Redistributable yükləyib quraşdırdıqdan sonra problem həll olacaqdır.
Şərhlər ( 2 )
Təşəkkürlər Kənan bəy, çox faydalı məqalələrdir.
tesekkur edirem