Batareyalar

Salam, Əziz Dostlar. Bu günki məqaləmizdə portativ kompüterləri daşına bilən edən elementlərdən biri olan batareyalardan söhbət açacağıq!

Kompüterlər elektrik şəbəkəsinə qoşulmadığı zaman batareya əsas enerji mənbəyi kimi istifadə olunur.

Batareyaların əsas üstünlüklərindən biri də UPS (Uninterruptible Power Supply – Kəsilməz enerji mənbəyi) funksiyasını yerinə yetirməsidir. Batareyalar bu xüsusiyyəti ilə elektrik kəsilmələri və gərginlik enib-qalxmaları nəticəsində kompüterlərə dəyə biləcək zərərlərin qarşısını alır.

Nİkel Kadmium (NiCd), Litium İon (Li-İon), Nikel Metal hidrit (NiMH) və Litium-İon Polimer (LİP və ya Li-Poly) geniş istifadə olunan batareya texnologiyalarıdır.

Nikel kadmium (NiCd):

Ni-Cd

1950-ci illərdən etibarən istifadə olunan ən köhnə texnologiyadır. Digər texnologiyalara nisbətən ən az enerji həcmindədir və buna görə də işləmə müddəti daha qısadır. Nİ-CD batareyalar digər növlərə görə daha ucuzdurlar və 500-1000 dəfəyə qədər doldurulma qabiliyyətinə malikdirlər. Ni-CD və Ni-MH batareyalar zərbəyə, düşməyə, titrəməyə və digər fiziki zədələrə davamlıdırlar.

Litium-İon (Li-İon):

Li-Ion

NiCd və NiMH batareyalarında olduğu kimi dövrü olaraq boşalmaya ehtiyac duymaz. Hazırda da ən çox istifadə olunan batareya texnologiyasıdır. NiCd cə NiMH batareyalarına nisbətən daha uzun işləmə imkanı təmin edir, ancaq onlar qədər uzun ömürlü deyildir. Mənfi xüsusiyyəti isə digər texnologiyalara görə daha baha olması və istifadəsindən asılı olmayaraq tutumunun azalmasıdır. Bu batareyaların istifadə ömrü, istifadəyə başlanılan gündən deyil,  istehsal olunduğu gündən başlayır. Yəni bu batareyalar istifadə olunmayıb saxlansalar belə keçən vaxt ərzində ömürləri azalmış olar. Enerjinin yarıda kəsilməsi isə bu batareyalara heç bir mənfi təsir göstərməz. Bu batareyalar hər il tutumunun 20%-ni itirir. Və itirilmə temperaturdan asılı olaraq dəyişə bilər. Məsələn 0°C-də 6%, 25°C -də 20%, 40°C -də 35% itirilmə olar. Lİ-İon batareyaları xətalı istifadə olunduğunda çox təhlükəli ola bilərlər, istiyə həssasdırlar və bir başa günəş şüalarının təsiri altında qaldıqda da partlamaya səbəb ola bilərlər.

Nikel Metal-Hidrit (NiMH):

Ni-MH

NiCd batareyasının inkişafı və dəyişilməsi nəticəsində 1990-cı illərdə istifadə olunmuşdur. NiMH batareyaları da tam boşalmadan doldurulsa bütün potensiyalı ilə istifadə etmək mümkün olmaz. İstifadə olunmadıqda bu batareyalar enerjini  boşaldarlar. Doldurulma sayının məhdud olması (500-ə qədər)  NiMH batareyalarının ən böyük mənfi cəhətlərindən biridir.

Litium-İon Polimer (LİP və ya Li-Poly):

LIP

Bu batareyalar Kobalt Oksid və Litium İonun qarışığından əmələ gəlir. Daha çox mobil telefon, ovuciçi kompüterlər kimi kiçik cihazlarda istifadə olunur. Litium-İon batareyalarına nisbətən enerji həcmi bir az daha azdır. Doldurulma sayının məhdud olması və digər batareya növlərinə görə qiymətinin daha yüksək olması bu texnologiyanın çatışmayan xüsusiyyətlərindəndir. Bundan başqa istifadəsindən asılı olmayaraq bir neçə il ərzində istifadə tutumu azalır.

Kompüterlərdə həqiqi zamanlı saat batareyası da (RTC) istifadə olunur. Həqiqi zamanlı saat batareyası tarix/saat və sistemin əsas konfiqurasiyası olan məlumatlarını saxlamaq üçün istifadə olunur. Həqiqi zamanlı saat batareyası CMOS (Complementary Metal-Oxide Semiconductor – Tamamlanmış Metal-Oksid Yarımkeçirici) batareyası olaraq da adlandırılır! (bax: http://www.technet.az/2013/04/20/bios-v%C9%99-cmos/ )

RTC batareyaları inkişaf müddəti boyunca müxtəlif şəkillərdə istehsal edilmişdir. Son illərdə isə daha uzun ömürlü, istifadəsi daha praktik olması səbəbiylə metal pul formasında olan litium batareyalarından geniş istifadə olunur. Yeni bir batareya alarkən əvvəlki ilə uyğunluq təşkil etdiyinə fikir vermək lazımdır. Batareya üzərində onun tipi və kodu (CR2025, BR2032 kimi) göstərilir.

CR2025

Kodun əvvəlində olan hərflər batareyada istifadə edilən tərkibi (BR – Carbon Monoflouride, CR -manganese Dioxide) ifadə edir. Kodun ilk iki rəqəmi batareyanın diametrini, son iki rəqəmi isə qalınlığını göstərir.  Həcm və qalınlığından asılı olaraq batareyanın istifadə müddəti artır.

Həqiqi zamanlı saat batareyaları zədələnmiş və ya istifadə müddətinin bittiyi hallarda kompüterin ilk açılışında “Bad RTC battery”, “Bad Check sum (CMOS)”, “Check System. Then press [F1] key” kimi xətalarla qarşılasa bilərsiniz.

Bu məqalədə qısa da olsa daşına bilən cihazlarda istifadə olunan batareyalar haqqında məlumat verməyə çalışdıq.

Gələcək məqalələrdə görüşmək ümidi ilə!

 

 

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın