RDP portunun dəyişdirilməsi
Əvvəlki məqaləmizdə Sizlərə RDP haqqında məlumat vermişdik. RDP-nin standart portu TCP 3389(d3d)-dur. Təhlükəsizlik məqsədilə portun dəyişdirilməsi vacib amillərdən biridir.Bu məqaləmizdə Sizə RDP-nin portunun dəyişdirilməsi haqqında məlumat verəcəyik. RDP portu dəyişdirmək üçün Run hissəsinə Regedit yazaraq regeditə daxil olub sazlanmaları apara bilərik.
Regeditə daxil oluruq və HKEY_LOCAL_MACHINE\ SYSTEM\ CurrentControlSet\ Control\ Terminal Server\ WinStations\ RDP-Tcp bölməsində Portnumber sahəsində istədiyiniz portu təyin edə bilərsiniz. Məsələn biz aşağıdakı şəkildə portu 1234(4d2) etmişik.
Portu dəyişdikdən sonra kompüterə qoşulmaq üçün qoşulacağımız kompüterin adı və ya İP-si ilə yanaşı portu da qeyd etmək lazımdır. Məsələn server:1234 və ya 192.168.1.2:1234. Aşağıdakı şəkildə nümunə göstərilmişdir.
Şəkildə göstərildiyi kimi portu da daxil etməklə kənardakı kompüterə qoşula bilərik. Əgər standart RDP portu dəyişdirilməyibsə, portu qeyd etmədən yalnız kompüterin adını (İP ünvanını) daxil etməklə kənardakı kompüterə qoşula bilərik.
Şərhlər ( 5 )
Dəyərli məqalələr üçün təşəkkürlər. Xoş gəldiniz 🙂
Çox sağ olun, Elgüc müəllim.
tesekkurler amma her defe port yazmaq meselesini client pc ler qarsisinda oturanlara izah etmek teessuf ki cetin olur))
Klientlərdə hazır RDP faylı yadda saxlayaraq problemi həll edə bilərsiniz.
ela məqalədir