Windows Azure (Windows Server 2012) üzərində Active Directory qaldırmaq

Salam dostlar. Bu məqalədə Azure silsilə məqalələrimizə active directory qaldıraraq davam edək. Buraya qədər olan Azure məqalələrimizi aşağıdakı keçidlərdən oxuya bilərsiniz.

Windows Azure üzərində Storage yaratmaq

Windows Azure üzərində vitrual network yaratmaq

Windows Azure üzərində Virtual Machine yaratma

Şirkət, firma, ofis və s kimi iş yerlərimizin İT infrastrukturunda olmazsa olmaz sayılan DNSActive Directory-dən Mİcrosoftun Azure platformunda fiziki serverdə işlətdiyiniz bütün xüsusiyətləriylə işlətmə və yararlanma imkanına sahibik. Çox uzatmadan məqaləyə başlayım 🙂

İlk olaraq Azure üzərdində qaldırmış olduğumuz serverimizə bağlanaq.

Windows Azure AD DNS 1

Serverimizə bağlandıq və bizi server manager qarşıladı. Add roles and features deyərək davam edək.

Windows Azure AD DNS 2

Next deyərək növbəti pəncərəyə keçək.

Windows Azure AD DNS 3

Role-based or feature-based installation seçərək irəliləyək.

Windows Azure AD DNS 4

Next deyərək irəliləyək.

Windows Azure AD DNS 5

Active directory services seçirik və irəliləyirik.

Windows Azure AD DNS 6

Bizi feature-lər maraqlandırmadığı üçün heç bir şey seçmədən, olduğu kimi buraxaraq irəliləyirik.

Windows Azure AD DNS 7

Next deyərək növbəti pəncərəyə keçək.

Windows Azure AD DNS 8

İnstall deyərək active directory qaldırma prosesini başladaq.

Windows Azure AD DNS 9

Windows Azure AD DNS 10

Artıq Active directory servisini qaldırdıq.

Windows Azure AD DNS 11

Gördüyünüz kimi servisdən DNS xidmətini yükləməmiz gərəkdiyi haqda səhv mesajı aldıq. Promote this server to a domain controller deyərək DNS qaldırma prosesinə başlayaq.

Windows Azure AD DNS 12

Açılan pəncərədə add new domain deyərək domainimiz adını yazırıq və Next deyərək irəliləyirik.

Windows Azure AD DNS 13

Aşağıda tələb olunan yerə şifrəmizi yazaraq davam edirik (Bu administrator şifrəsi deyil).

Windows Azure AD DNS 14

Next deyərək növbəti pəncərəyə keçirik.

Windows Azure AD DNS 15

NetBios adresini yazaraq irəliləyək.

Windows Azure AD DNS 16

Burada yaranacaq qovluqları hansı diskdə saxlaması haqda soruşur. Əgər əlavə diskiniz varsa ora yükləyə bilərsiniz (Azure üzərində disk yükləmə prosesini növbəti məqalələrimizin birində inşallah yazamağı planlaşdırırıq). Mənim əlavə diskim olmadığı üçün olduğu kimi buraxaraq irəliləyirəm.

Windows Azure AD DNS 17

Burada qarşılaşdığınız bildiriş mesajları üçün narahat olmayın. Pəncərənin üst qismində hər şeyin qaydasında olduğuna dair mesajımızı aldıqsa artıq İnstall deyərək yükləmə prosesini başladaq.

Windows Azure AD DNS 18

Artıq AD DSDNS hazırdır. Çıxan xəta bildirişinə görə narahat olmayın. Bu upload-la bağlı bildirişdir. Upload + restart etməm gərəkdiyini bildirir. Bu mesajla çox güman ki qarşılaşmayacaqsınız. Active directory-muz da olduğuna görə artıq sistemimizi qarışıq hala salmaq haqda düşünməyə başlaya bilərik :). Gələn məqalələrdə görüşənədək.

Yararlı olamsı ümüdü ilə…

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın