Windows Azure üzərində Virtual Machine yaratmaq

Salam Dostlar. Windows Azure üzərində artıq storagevirtual network yaradmışdıq. Bu məqalədəysə virtual maşın (Windows Server 2012) yükləyəcəyik inşallah. Ya Allah deyərək artıq virtual maşınımızı hazırlamağa başlayaq.

Azure portalımızı açırıq və Vitrual machines bölməsini açırıq. Daha sonra create virtual machine deyərək irəliləyirik.

1

Növbəti pəncərəmizdən yükləmək istədiyimiz əməliyyat sistemini seçirik.

2

Bizi qarşılayan pəncərədə virtual maşınızmızın adını yazırıq, gücünü seçirik, istifadəçi adı və parolunu qeyd edərək irəliləyirik.

3

Növbəti pəncərəyə diqqət edək. Burada artıq seçimlərimizi ssenarimizə görə edəcəyik. Mənim düşündüyüm ssenariyə görə yaratmış olduğum əməliyyat sistemində active directory qaldırmaq və digər bir neçə əməliyyatı aparmaqdır (məqalələri izləyin :)). Bunun üçün storgae və virtual şəbəkədən istifadə etdim. Aşağıdakı rəsimdə göründüyü kimi DNS NAME – domain adı, STROGAE ACCOUNT – bölməsində yaratmış olduğum storage-i seçmişəm(siz seçməyədə bilərsiniz), virtual şəbəkə adresimi(seçməmə imkanınız var) və subnet-i seçmişəm. Ötən məqalələrə baxsanız bu seçdiklərimin haradan gəldiyini daha dəqiq bilərsiniz. Bütün bu seçimləri etdikdən sonra irəliləyək.

4

Artıq bizi sonuncu pəncərə qarşılayır. Buranı boş buraxaraq sonlandıraq.

5

Aşağıdakı şəgildəndə görəcəyiniz kimi artıq əməliyyat sistemimiz hazırlanmağa başladı.

6

Aşağıdakı şəkildə də göründüyü kimi bir az gözlədikdən sonra virtual maşınızmızın hazır olduğunu görürük.

7

ƏS hazır olduğuna görə artıq bağlanıb test edək. Bunun üçün CONNECT düyməsini sıxırıq.

8

Bundan sonra portal bizə bağlana bilməmiz üçün *.rdp faylı hazırlayaraq kompyuterimizə köçürülməsini istəyir. Kompyuterimizə  *.rdp faylını yükləyərək virtual maşınımıza (serverimizə) bağlanaq.

9

10

11

12

13

14

Artıq Vitrual maşınımıza bağlandıq və Bizi Windows Server 2012 qarşıladı. Artıq senarimizi bir az da genişlətmək haqda düşünməyə başlaya bilərik. Gələcək məqalələrdə görüşənədək.

Yararlı olması ümüdü ilə…

Səs: 0. Bəyənilsin Zəifdir

Şərhlər ( 2 )

    • Aladdin / . Dərc edilib:A 01/07/2013 at 11:20 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam mən windows azure-dan necə istifadə edə bilərəm. software var?

    • Vusal / . Dərc edilib:A 05/07/2013 at 12:29 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam. Bu software deyil. Public cloud (aciq bulud) sistemidir. Azure-nin resmi saytindan qeydiyyatdan kecerek bu platforumdan istifade ede bilersiniz. Sualiniz haqda daha etrafli cavab vere bilmeyim ucun xahis edirem forum uzerinden sualinizi etrafli yazin. Elimizden geldiyi qeder sualiniza genis izahat vererik insallah

Şərh yazın