Windows Azure üzərində vitrual network yaratmaq

Salam Dostlar. Xatırlarsanız keçən məqaləmizdə Azure üzərində storage qurmuşduq. Bu məqalədəysə virtual network quracayıq Allahın izni ilə. Çox uzatmadan artıq mətləbə keçim :). Azure portalı üzərində Networks bolməsini seçərək işə başlayırıq. Aşağıda yerləşdirdiyim rəsimdə görünən pəncərə bizi qarşılayacaqdır. Create virtual network seçərək irəliləyirik.

Windows Azure Vitual Network 1

Aşağıda görmüş olduğunuz pəncərə bizi qarşılayacaq.  Name yazan yerə şəbəkəmizin adını yazırıq. Əgər Affinity grupumuz var isə seçirik yoxdursa create new affinity group seçərək yeni qrup yaradırıq(Affinity group adımızı yazırıq) və növbəti pəncərəyə keçirik.

Windows Azure Vitual Network 2

DNS servers and VPN Connectivity adı altına pəncərə bizi qarşılayır. Burada DNS server təyin edə bilərik və s bunu inşallah digər məqalələrimizdə ətraflı incələyərik. Bu səhifəni boş buraxaraq növbəti pəncərəyə keçirik.

Windows Azure Vitual Network 3

Artıq bizi Virtual Network Address Sapces adı altında pəncərə qarşılayır. Burada CIDR IP və subnet-lərimizi təyin edirik və irəliləyirik.

Windows Azure Vitual Network 4

Aşağıdakı şəkildən gördüyünüz kimi artıq virtual network yaradma prosesi başladı. Bir az gözlədikdən sonra isə növbəti şəkildəki kimi virtual network-ümüzün yaradıldığını görəcəyik.

Windows Azure Vitual Network 5

Windows Azure Vitual Network 6

Artıq bulud üzərində bir ədəd storagevirtual network-ə sahibik. Deməli bunlardan istifadə etmək haqda düşünməyə başlaya bilərik :). Növbəti məqalələrdə görüşənədək 🙂

Yararlı olması ümüdü ilə…

Səs: 0. Bəyənilsin Zəifdir

Şərh yazın