Hyper-V servisinin grafik interfeysdə qaldırılması

Hyper-V servisini qrafik rejimdə windows server 2012 əməliyyat sistemində sazlamaq üçün Server Manager- dən və ya   PowerShell əmrlərindən istifadə edilə bilər. Bu əməliyyatlar aşağıdakı ardıcıllıqla həyata keçirilir: 

  1. Server Manager –i açırıq

 1

 2. Manage menyusundan Add Roles and Features seçirik.

 2

 3. Before You Begin pəncərəsindən Next seçirik.

 3

 4.  Select Installation Type pəncərəsindən Role-based or feature-based installation seçirik.

4

 5.  Select Destination Server pəncərəsindən servisi qaldırmaq istədiyimiz server kompyuterinin adını seçirik. Biz bu pəncərənin köməkliyi ilə cari kompyuterə deyil, məsafədən basqa kompyuterdə də Hyper-V servisini qaldıra bilərik. Seçim etdikdən sonra  Next seçirik. 

5

 6. Select Server Roles pəncərəsindən  Hyper-V seçib Add Features düyməsini sıxırıq .

 6

 7. Hyper-V servisini seçib Next sıxırıq.

 7

8. Select Features pəncərəsində Next sıxırıq.

 8

 9. Bundan sonra bizə Hyper-V haqqında qısa məlumat almaq üçün pəncərə açılacaq.  Next sixiriq.

 

9

 10. Virtual Switches yaratmaq üçün pəncərə açılır.  Qisaca Virtual Switch  haqda məlumat verək: Virtual switch VM-ların fiziki şəbəkə ilə və öz aralarında infərmasiya ötürülməsini təmin etmək üçün yaradılır. Virtual Switch –lər şəbəkə kartı üzərindı yaradılır. Yəni hər şəbəkə kartı üzərində Virtual Switch yaratmaq olar ki, vu Virtual Switch-lərə də birneçə virtual maşını qoymaq olar. Şəbəkə kartını seçib NEXT sıxırıq.

 10

 11. Bundan sonra Virtual Machine Migration pəncərəsi açılacaq. Əvvəlcə Live migration nədir? sualını cavablandıraq. Live Migration virtual maşınların bir host (Host- Hyper-v servisi sazlanmış əməliyyat sistemidir )dan başqa bir hosta işlək vəziyyətdə köçürülməsinə deyilir. Əgər biz Host üzərində olan VM-ların başqa hosta köçürülməsinə icazə vermək istəyiriksə və ya başqa hostdan  cari hosta VM-ların köçürülməsinə icazə vermək istəyiriksə  o zaman “Allow this server to send and receive live migrations of virtual machines” seçimini seçməliyik. Live migration funksionallığına  gələcək məqalələrimizdə daha ətraflı nəzər yetirəcəyik. Next simaqla növbəti pəncərəyə keçirik.

 11

 

 12. Bundan sonra  Default Stores pəncərəsi açılacaq.

 Default location for virtual hard disk files: Bu bölmədə host üzərində olacaq virtual maşınların fiziki yaddaş fayllarının (VHD,VHDx) harada yerləşməsini göstəririk.

Default location for virtual machine configuration files: Bu bölmədə host üzərində olacaq virtual maşınların konfiqurasiya fayllarının harada yerləşməsini göstəririk. Konfiqurasiya fayllarında virtual maşınlara ayrılmış resurslar (neçə virtual LAN əlavə olunub, CPU, RAM) və s informasiyalar yadda saxlanılır

 12

 13. Confirmation pəncərəsində  “Restart the destination server automatically if required “ seçirik. Açılacaq informasiya pəncərəsində YES secirik. Bu pəncərə bizə servis yükləndikdən sonra, lazım gələrsə serverin avtomatik olaraq  kecib yeniden açılacağı barəsində məlumat verir.

 13

 14. Confirmation pəncərəsində İnstall seçirik.

 14

 15.  Installation Progress pəncərəsində  server avtomatik keçib-açılanadək Hyper-V servisinin sazlanması prosesinə nəzarət etmək olar.

 15

 16. Əməliyyat sistemi açıldıqdan sonra Server Manager –dən  Installation Progress pəncrəsindən Hyper-V servisinin yüklənməsinin yekun nəticəsinə baxmaq olar.

 16

 

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərhlər ( 4 )

  1. Təşəkkürlər Elxan bəy.

  2. Elxan müəllim, zehninizə qüvvət. Məqalə üçün təşəkkür edirəm.

  3. Salam mende hyper v-qurarken bele asibka verir

  4. sagolun

Şərh yazın