Hyper-V nin Windows core əməliyyat sistemində yüklənməsi

Salam Dostlar. Biz bu məqaləmizdə Hyper-V  nin Windows core əməliyyat sistemində yüklənməsimdən bəhs edəcəyik. Server Core sazlanması  server qrafik imkanlar olmadan Windows Server 2012 əməliyyat sistemi üzərində sazlayır. Bu əməliyyat Power shell  üzərindən əmrlər vasitəsilə reallaşdırılır. Core rejimində olan serviləri   Power shell vasitəsilə  digər kompyuterdən uzaqdan qoşulmaqla və ya Microsoft Management Console vasitəsilə  idarə etmək mümkündür.  

İndi isə Hyper-V servisinin Power shell vasitəsilə Windows Server 2012  əməliyyat sistemi üzərində sazlanmasına baxaq.   

  1. Server Core rejimində əməliyyat sisteminə daxil olduqda bizə  command prompt pəncərəsi açılacaq

  

PowerShell pəncərəsinə keçid üçün PowerShell əmrini daxil edirik.

pict2

 

3.  Sazlanmış və ya sazlanmamış servisləri görmək üçün  Get-WindowsFeature əmrini daxil edirik.  Əgər servisin qarşısında X işarəsi olarsa, demək ki bu servis əməliyyat sistemində sazlanıb.

pict3

4.    Hyper-V servisini qaldirmaq üçün  Install-WindowsFeature –Name Hyper-V – Restart əmrini daxil edirik. “- Restart” seçimi  seçildiyindən servis yükləndikdən sonra əməliyyat sistemi  avtomatik olaraq keçib yeniden  açılacaq.

pict4

5. Əməliyyat sistemi açıldıqdan sonra əməliyyatın uğurla başa çatmasına əmin olmaq üçün aşağıdakı əmri daxil edirik.

Get-WindowsFeature | where {$_.Installed –eq $True}

 

pict5

 

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Elxan Əliyev

Şərh yazın