GMail nədir?
GMail Google şirkətinin e-mail xidmətidir. 2004-cü ilin Aprel ayının 1-də işə salınıb. Java və Java Script ilə hazırlanmışdır. 2012-ci ilin iyun ayının statistikasına görə 425 milyondan çox istifadəçisi var. Dünyanın 57 dilində faəliyyət göstərir. Təəssüflər olsun ki, Azərbaycan dili seçimiz yoxdu həmişəki kimi… (bu başqa mövzudur…)
Hazırda GMail istifadəçilərə ən azı 10 GB-lıq yer verir. İstifadəçilər ödəniş müqavilində 25 GB($2.49 dollar/ay)-dan 16TB($799.99 dollar/ay) a qədər yer ala bilərlər. (Bu həcm Picasa Web Albums, Google Drive və GMail arasında bölüşdürülür)
GMail bizi təngə gətirən SPAM-lardan qorumaqla yanaşı, kənar şəxslərin bizim hesabı ələ keçirmə cəhdlərinə qarşı yaxşı qoruma üsulları ətklif edir. 2-Step Verification adlanan seçimi etsəniz hər dəfə hesabınıza daxil olduğunuz zaman(login və şifrəni düzgün daxil etdikdən sonra), xüsusi kod generasiya olunub sizin əvvəlcədən daxil etdiyiniz mobil nömrənizə sms vasitəsi ilə göndəriləcək. Bu kodu daxil edib, hesabınıza daxil ola biləcəksiniz. Bu o deməkdir ki, əgər kimsə sizin login və şifrənizi öyrənsə də, sms sizin nömrəyə gələcək və o adam o kodu bilmədən hesabınıza daxil ola bilməyəcəkdir.
2-Step Verification necə aktivləşdirilir? Dərsliyi görmək üçün tıklayın