GMail 2-step Verification

GMail hesabımızın təhlükəsizliyini təmin etmək üçün 2-step verification imkanından istifadə edə bilərik. Zaman-zaman özümüz də bilmədən təhlükələrə məruz qalırıq və bəzən bu çox acınacaqlı nəticələrə gətirib çıxardır. Hesab və şifrələrimiz oğurlana və bizə aid məlumatlar ələ keçirdilə və ya sadəcə məhv edilər bilər asanlıqla. Google şirkəti bu kimi xoşagəlməz halların qarşısını almaq üçün 2 step verification adlandırdığı təhlükəsizlik sistemi hazırlayıb. Məntiqi ardıcıllıq belədir. Biz şifrəmizdən əlavə olaraq mobil nömrəmizi Google-a bildiririk, hesabımıza daxil olanda (login və şifrəmizi düzgün yazdıqdan sonra) google bizə avtomatik olaraq generasiya etdiyi şifrəni qeyd etdiyimiz nömrəyə SMS vasitəsi ilə göndərir. Biz həmin şifrəni daxil etdikdən sonra hesabımıza girə bilirik. Bəli, doğru anladınız, bu sistemi tətbiq etsəniz, ən pis halda hesabınızın şifrəsini kimsə hər hansı yolla öyrənmiş olsa da, nömrə bizə məxsus olduğu və yanımızda olduğu üçün google ikinci şifrəni bizə göndərəcək və həmin adam o şifrəni bilmədiyinə görə hesaba daxil ola bilməyəcəkdir. Nəzəri hissəsi bu qədər yetər məncə, keçək bu 2 step verification- aktivləşdirməyə. 🙂

2stepverf

 

1. Ekranın sağ küncündə hesabımızın ikonu üzərinə tıklayırıq açılan pəncərədə Account tıklayıb hesabımızın sazlama bölümünə keçirik.

gmail-account2step

 

2. Sol tərəfdə Security-ə tıklayırıq. 2security

3. Gördüyünüz kimi Status OFF qeyd edilib. ON edib işə salmaq üçün 2-Step Verification hissəsində Settings üzəriə tıklayırıq. settings

4. Start Setup üzərinə tıklayırıq. start setup

5.  Bizdən GMail hesabımızın şifrəsini tələb edəcək yenidən. Daxil edib, Sign İn düyməsini basırıq. (yenidən tələb etməsi təhlükəsizliyimiz üçündür)login

6. Bayraq görünən hissədən Azərbaycanı tapıb seçirik ki, Azərbaycandakı mobil operatorları tanısın. Daha sonra nömrəmizi daxil edirik. Send Code düyməsini basırıq. Bu zaman bizə şifrə göndrəcək növbəti addımda biz kodu daxil edəcəyik və bu nömrənin işlək olduğunu ən əsası isə bu nömrənin bizim olduğunu sübut edəcəyik. setup1

7. Sizin daxil etdiyiniz nömrəyə SMS göndərilməsini bildirir, bir neçə dəqiqə ərzində (normalda bir neçə saniyə çəkir) SMS gəlir. “Your Google Verification code is XXXXXX” kodu daxil edib, VERİFY düyməsini basırıq. verify

8. Aşağıda qeyd edilmiş, Trusted Computer sizin hər zaman hesabınıza daxil olduğunuz bilgisayardır. Məsələn şəxsi laptopunuz ya da PC-iz. Xanaya işarə qoyub, Next düyməsini bassanız, o zaman 30 gün ərzində həmin bilgisayardan hesabınıza daxil olanda sizdən SMS şifrəsini tələb etməyəcək. trusted computer

9. Confirm düyməsini basırıq, 2-Step verification-u işə salmaq üçün. turn 2step

10. Turn on 2 STEP verification üzərinə tıklayırıq. fin

11. Düyməni tıklayırıq. fin1

12. Nəhayət sistem artıq aktivdir. Aşağıdakı işarələdiyim yerə diqqət edin. Ehtiyyat üçün əlavə mobil nömrələr daxil edə bilərsiniz. Məs: Nömrəniz yandı və ya oğurlandı və s. halları üçün və yaxud da başqa ölkəyə gedirsiz və mobil nömrənizi işlətmək imkanınız olmayacaq, əvvəlcədən kodları çap edib kağızda özünüzlə götürə bilərsiniz. ehtiyyat

 

Faydalı olması ümidi ilə, növbəti məqalələrdə görüşənədək. 🙂

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərh yazın