File Server Resource Manager – FSRM (2)

Bundan əvvəlki məqaləmizdə Windows Server 2008-də File Server Resource Manager (FSRM) qurulmasından bəhs etmiştik. İndi isə FSRM-dən istifadə edərək qovluqlarımıza quotanın təyin edilməsini və qovluqlarımızın içərisinə istəmədiyimiz fayl tiplərinin kopyalanmasının qarşısını ala bilərik. Biz bunu FSRM-in filtirləmə xüsusiyyətindən istifadə edərək edə biləciyik.
İlk olaraq Administrative Tools, File Server Resource Manager’i açırıq. Paylaşıma açıq olan qovluğa “Quota” qoymaq üçün, Quota Management altında yerləşən Quotas üzərində sağ düyməni vurub açılan menuda Create Quota düyməsini sıxırıq.
1

“Quota” tətbiq etmək istədiyimiz qovluğun “path” ini (yolunu) göstəririk. “Quota” özəllikləri üçün hazır “template”-dən birini istifadə edək. Mən 200MB həcmi olan template-i seçirəm. Buradakı “template”lər sizin ehtiyaclarınızı qarşılamırsa, bu halda siz Define custom quota properties seçməklə öz templateinizi yarada bilərsiniz.
2

İndi isə paylaşımda olan bu qovluğumuza istəmədiyimiz fayl tiplərinin kopyalanmasının qarşısını almaq üçün File Screen Management bölməsinə baxaq.
İlk olaraq File Screen Management altında yerləşən File Screens menusu üzərində sağ düyməni sıxıb Create File Screen deyirik.
3

Qarşımıza çıxan ekranda File Screen Path yazılan yerdə block qoymaq istədiyimiz qovluğun yolunu göstəririrk və Define Custom File Screen Properties-in seçib Custom Properties-i açırıq.
4

Burada “Sreening Type” olaraq Active Screening seçirəm ki, istifadəçilərimiz qadağa qoyduğumuz fayl tiplərini istifadə edə bilməsin.
Select file groups to block altında yerləşən qruplardan qadağa qoymaq istədiymi seçirəm. Əgər istəsəniz Edit düyməsi ilə qrup daxilində olan fayl tiplərini öz tələblərinizə uyğun dəyişdirə bilərsiniz.
5

E-mail Massage hissəsində istifadəçilərin qadağa qoyulmuş fayl tiplərinə sahib bir sənədi bu qovluğa atmaq istədiklərində mail adresinizə xəbədarlıq maili gəlməsini təmin edə bilərsiniz.
Bununla yanaşı Send a-mail to the user ilə istifadəçinin özünə də xəbərdarlıq mailinin getməsini təmin edə bilərsiniz. Burada lazım olanları etdikdən sonra OK düyməsini sıxırıq.
6

İndi isə etdiklərimizə son olaraq nəzər yetirək və Create düyməsini sıxaq.
7

Create düyməsini sıxdıqda qarşımıza aşağıdakı kimi pəncərə çıxacaq.Burada isə yaratdığınız “template”-i istəsəniz yaddaşda saxlaya bilərsiniz ya da birbaşa tətbiq edə bilərsiniz. Düşünürəm ki, yaddaşda saxlamaq daha yaxşıdır, çünki gələcəkdə başqa bir qovluq üçün də, belə bir template bizə lazım ola bilər.
8

Gördüyünüz kimi, yaratdığımız filtr FSRM konsolunda qarşımıza çıxır.
9

Bu məqalədə FSRM vasitəsi ilə “Quota” qoyma əməliyyatının necə ediləcəyini və fayl tiplərinə məhdudiyyət qoymaqdan bəhs etdim. Suallarınızı http://forum.technet.az ünvanında yazmağınızı xahiş edirəm.
Yararlı olması ümidi ilə.

Turqut Vəliyev
_________________
MCTS

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 7 )

    • Ilkin Nazarov / . Dərc edilib:A 27/05/2013 at 11:15 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Cox sağ ol, Turqut.
    Mən bunu bilmirdim. Səndən öyrəndim.
    Dəyərli vaxtını ayırıb, məqaləni yazdığın üçün bir daha cox sag ol deyirəm.

  1. Siz çox sağolun ki, vaxtınızı ayırıb oxdudunuz İlkin bəy.

    • Füzuli Mehdiyev / . Dərc edilib:A 28/05/2013 at 10:27 Səhər
      Səs: +2. Bəyənilsin Zəifdir

    Çox sağ ol Turqut bəy.Ətraflı məlumat üçün təşəkkürlər.

  2. Siz sağolun Fizuli bəy, oxuduğunuz üçün təşəkkür edirəm.

    • vusal / . Dərc edilib:A 09/10/2013 at 4:47 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Buna File Serveri bir role kimi qurmaq da demək olar yoxsa əsl Fail Server başqa cür qurulur və fayılları share etməklə file serveri qurmaq arasında nə fərq var? məqaləyə görə cox Sag olun Turqut Bəy

  3. Vusal bəy, File server resource manager ayrıca bir role`dur.
    File`lları share etmək qismən də olsa file server rolunu oynayır, lakin File Server Rol`unun qaldırılması sizə daha geniş imkanlar verir.

  4. sagolun

Şərh yazın