Offline Files (1-ci hissə)

Bu məqalədə sizə Offline Files haqqında bəhs edəcəm. Offline Files funksiyasının məqsədi serverdə olan fayllarımızın bir kopyasını kompüterimizin local yaddaşında keşləyərək saxlamasıdır. Əgər biz iş yerindən kənarda olarkən və ya səyahət edərkən(kompüterimiz offline olduqda) mərkəzi serverdə olan fayllarımızdan istifadə etmək istəsək o zaman bu funksiyaya ehtiyac duyacıq. Bunun üçün kompüterimiz vasitəsi ilə şəbəkəyə qoşulduqdan sonra serverdə yerləşən və daima istifadə etdiyimiz qovluq, şəbəkə diski və ya hər hansı sənəd üzərində Offline Files funksiyasının aktiv etməliyik. Kompüterimizin şəbəkəyə qoşulu olmadığı zaman(offline olduqda) serverdə olan fayllarımıza müraciət etsək bu funksiya bizi fayllarımızın kompüterin local yaddaşında saxlanılan kopyasına yönləndirəcək və biz bu şəkildə sanki iş yerindəyik kimi fayllarımızdan istifadə edə biləcəyik. Daha sonra kompüterimiz şəbəkəyə qoşulduqda (online olduqda) isə bu qovluqda etdiyimiz bütün dəyişikliklər mərkəzi serverdə olan fayllarımızla sinxronizasiya edəcək və son dəyişikliklər serverdəki uyğun qovluğa köçürüləcək. Kompüterimizin local yaddaşına köçürülən fayllar da məhz bu səbəbdən Offline fayllar (Offline Files) adlanır. Fikrimcə nümunələrnən bunu daha rahat izah edə bilərik, elə isə başlayaq.

Düşünürəm ki, çoxlarınız bir qovluğu paylaşıma necə açmaq lazım olduğun bilirsiz. Bilməyənlər üçün isə qısa şəkildə bunu göstərim. Mərkəzi Serverimizdə yerləşən bir qovluğun üzərinə gələrək Properties və sonra Sharing  hissəsinə gəlirik. Aşağıda şəkillərnən göstərdiyim addımları icra edirik.

1

2

Daha sonra qovluğun Security hissəsindən istifadəçilərə uyğun icazələri də verməliyik.

3

İndi isə gəlin Windows 7 istifadəçi kompüterimizdən bu qovluğun keçid linkin kompüterimizə əlavə edək. Bunun üçün Windows Explorer-də Computer hissəsinə gəlib Map network drive deyirik.

4

Açılan pəncərədə Browse deyərək uyğun qovluğu əlavə edirik. Bizim nümunədə bu, serverdə Umumi qovluq daxilində olan Ferhad qovluğudur.

5

6

Finish etdikdən sonra Computer bölməsində Network Location diyə bir bölmə və bu bölmə daxilində də serverdə yerləşən Ferhad qovlugunun keçidinin bir şəbəkə diski şəklində yarandığın görürük.

7

İndi isə yeni yaratdığımız bu şəbəkə diski (Z:) üzərində Offline Files funksiyasın aktiv edək.  Bunun üçün bu diskin üzərinə gələrək Always available offline hissəsin seçirik.

8

9

Offline funksiyasın aktiv etdikdən sonra bu diskin aşağı sol küncündə yaşıl dairə işarəsi görsənəcək.

10

Bu da o deməkdir ki, biz artıq bu qovluqdakı məlumatları daxili şəbəkəmizə qoşulu olmayanda da istifadə edə bilərik. Gəlin bunu kompüterimizi şəbəkədən ayıraraq yoxlayaq.

11

12

Gördüyümüz kimi kompüter artıq şəbəkədən ayrılmışdır. İndi isə gəlin Ferhad adlı şəbəkə diskimizi açmağa çalışaq.

13

Çox gözəl, Offline Files funksiyasının köməyi ilə fayllarımızı kompüterin lokal yaddaşında saxlanılan nüsxəsinə müraciət edərək görə bildik. İndi isə Ferhad qovluğu daxilində olan “Gundelik goreceyim ishler” qeyd sənədin açaq.

14

Sənədi açdıqdan sonra bəzi dəyişikliklər edək və yadda saxlayaq.

15

Əgər serverdə olan bu qovluğa təkrar baxsaq bu dəyişikliklərin orada olmadığın görəcik. Lakin kompüterimizi şəbəkəyə növbəti dəfə qoşduqda (online olduqda) isə bu qovluqda etdiyimiz bütün dəyişikliklər mərkəzi serverdə olan fayllarımızla sinxronizasiya edəcək və son dəyişikliklər serverdəki uyğun qovluğa köçürüləcək.

16

Bu məqalənin 2-ci hissəsində Oflline Files funksiyasının digər özəllik və imkanlarından (Sync Center, Group Policy və s.) bəhs edəcik.

Yararlı olması arzusu ilə.

Fərid Mirzəyev

___________

 İ.T. Mütəxəssis

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Fərid Mirzəyev

Şərhlər ( 10 )

    • Füzuli Mehdiyev / . Dərc edilib:A 22/05/2013 at 5:38 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər Fərid bəy.

    • Samir / . Dərc edilib:A 22/05/2013 at 6:41 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər

  1. Fərid bəy, çox lazımlı bir mövzuya toxunmusunuz. Təşəkkürlər.

  2. Əla. Maraqla oxudum. Davamını gözləyirəm!

  3. Yoldaşlar, bəyəndiyinizə sevindim.

    • SüleymanOğuzhan KINIK / . Dərc edilib:A 25/05/2013 at 4:33 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    teşekkürler Farid

    • ismayil ismayilov / . Dərc edilib:A 26/05/2013 at 11:39 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    cox əla bir məqalədir. çox sağ olun Fərid bəy.

  4. Buyurun dostlar, bəyəndiyinizə sevindim.

  5. Təşəkkürlər!

  6. tesekkurler

Şərh yazın