Hertz, Bitrate, CIF, PAL və NTSC nədir?
Salam dəyərli oxucular. Bu yazıda “Hertz, Bitrate, CIF, PAL və NTSC nədir?” sualına qısaca cavab verməyə çalışacağam inşallah.
Hertz (Hz): Siqnalın saniyədəki dəyişmə sayı və ya başqa cür desək dəyişən bir siqnalın saniyədəki təkrar sayıdır.
Bitrate: Bir çox istifadəçi video keyfiyyətini keyfiyyətlə heç əlaqəsi olmayan dəyərlərlə açıqlayır: CIF, 2CF, 4CIF və ya D1 kimi.
Bitrate: Piksellərdə olan məlumat sayıdır.
Xəbərləşmə və kompüterdə bitrate vahid zamanda daşınan və işlənən bit mənasını verir. Dijital multimedyada bitrate davamlı səs və video mühitlərinin eyni zamanda göstərən qisimi olaraq təyin olunur. Bit per second ilə və ya törəməsi olan megabit per second ilə ölçülür.
Bitrate məsafə/zaman deyil, miqdar/zaman kimi ölçür. Buna görə yayılma sürətiylə qarışdırılmamalıdır. Yayılma sürəti daşıma mühitinə bağlıdır və fiziki bir məna daşıyır.
Dijital videoda bitrate vahid zamanda yazılan, daşınan məlumatı və ya detalı ifadə edir. Bitrate bir çox faktora bağlıdır.
– Orijinal məlumat dəyişik tezliklərə nümunə ola bilər.
– Nümunədə dəyişik sayda bit ola bilər.
– Məlumat fərqli metodlar istifadə edilərək encode edilə bilər.
– Məlumat dijital olaraq fərqli alqoritmlə və ya fərqli dərəcələrdə sıxışdırıla bilər.
Yuxarıdakı faktorların hamısı minimum bitrate-də maksimum keyfiyyət təmin edərək ən az qeyd sahəsini istfadə edib ən keyfiyyətli görüntünü izləmək və qeyd etmək üçün çalışır.
Dijital videoda bitrate dəyərini azaltmaq üçün itkili sıxışdırma istifadə edilir. İtkili sıxışdırma video və ya səs faylının daha az qeyd sahəsi və bant genişliyi istifadə etməsi üçün bəzi məlumatların gözardı edilməsinə söykənən bir sıxışdırma metodur.
4CIF olaraq yazılmış bir videoda müəyyən kodekler üçün aşağıdakı bitratelər istifadə edilməlidir ki yaxşı bir şəkil keyfiyyəti olsun:
H. 264AVC: 1-2 Mbps
MPEG4 (Part 2): 2-4 Mbps
MPEG2: 3-6 Mbps
Bu bitratelərə görə müəyyən kodeklerin davamlı qeyddə təxmini olaraq isitifadə etdikləri sahə:
H. 264AVC: saatda 1 GB
MPEG4 (Part 2): saatda 1-2 GB
MPEG2: saatda 3 GB
Yuxarıdakı kimi istifadə edilən bitrate dəyərlərində, real zamanlı (25 fps) və davamlı qeyddə qarşılaşılan dəyərlərdir.
H. 264AVC dəyişən bitrate (VBR) olaraq adlandırılan texnologiyadan istifadə edir. Bu sayədə ehtiyaca görə dinamik olaraq bitrate dəyərini dəyişdirə bilir. Məsələn PTZ kameralarda yüksək sürətli bir hərəkətlilik olduğunda yaxşı keyfiyyət üçün daha yüksək bitrate lazımdır, hərəkətin az olduğu zamanlar isə daha az bitrate qane edir. Bu səbəbdən VBR aşağı bitrate-lə daha yüksək keyfiyyət verə bilir. HD görüntü saxlama zamanı kifayət qədər uzanır.
Köhnə nəsil kodeklərdə isə CBR, yəni sabit bitrate istifadə olunur. Buna görə göstərilən sahədəki hərəkətlərdə istənilən səmərəli nəticə alınmır.
CIF (Common Intermediate Format): Ümumiyyətlə istifadə edilən televiziya görüntü dəqiqliyini ölçməyə imkan verən bir televiziya standartıdır. Bir CIF NTSC formatında 352×240 pixel, Pal formatında isə 352×288 pixeldir. Full görüntü dəqiqliyi isə 4CIF-dir.
CIF formatı, ardıcıl video siqnallarının üfüqi və şaquli görüntü dəqiqliyini təyin etmək üçün bir standartdır. CIF tam görüntü dəqiqliyinin dörddəbirini ifadə edər.
CIF: 352×288
4CIF: 704×576
D1: 720×576
Qeyd: Bu dəyərlər şəkilin keyfiyyətiylə əlaqədar bir məlumat vermir.
Boş pikseli daha az olan CIF görüntülü bir şəkil, boş piksellərə sahib 4CIF şəkildən daha keyfiyyətli olur.
TV-də izlənililən bütün görüntülər üfüqi və şaquli olaraq xəttlərdən meydana gəlir və biz bu xəttlərin birləşməsini görüntü olaraq görürük.
Görüntüdə neçə üfüqi və şaquli xətt olacağı və bu xəttlərin içində hansı məlumatların iştirak edəcəyi NTSC və ya PAL ilə kodlaşdırılmış olmasına görə dəyişənlik göstərir. Bildiyim qədəri ilə Azərbaycanda PAL sistemi istifadə edildiyi üçün PAL görüntü formatının necə ortaya çıxmasını bir az araşdıraq
PAL: Phase Alternating Line cümləsinin qısaltmasıdır. Televiziya sistemində istifadə edilən bir rəng, encode sistemidir.
Dünyada istifadə edilən digər görüntü formatları SECAM və NTSC-dir. 1950 li illərdə Avropa ölkələri rəngli televiziyaya keçmək istədiyində Amerikan NTSC standartının Avropa şəbəkə tezliyi olan 50 Hz AC- yə uyğun olmadığı görülmüşdü. Bundan əlavə NTSC-nin pis transfer şərtlərində rəng buraxma(itirmə) kimi zəifliklərindən ötəri yeni bir görüntü formatı meydana gətirmə ehtiyacı yaranmışdı. Məqsəd 50 Hz şəkil tezliyinə sahib bir rəngli televiziya görüntü formatı meydana gətirmək idi.
PAL və NTSC formatlarının texniki xüsusiyyətlərini bir az araşdıracaq olsaq:
PAL
625 üfüqi xətt
25 fps (50 field, interlaced)
NTSC
525 üfüqi xətt
30 fps (60 field, interlaced)
Bu dəyərlərdən aydın olacağı üzrə PAL formatı saniyədə 15750 üfüqi xətt göstərərkən NTSC formatı saniyədə 15625 üfüqi xətt göstərə bilir. Bu vəziyyətdə PAL daha çox üfüqi xətt göstərdiyi üçün daha yüksək görüntü dəqiqliyinə malikdir. Ancaq NTSC-də şəkilləri daha sürətli (saniyədə 30 dəfə) yenilənməsi üstünlüyü var.
NTSC və PAL arasındakı digər bir fərqdə rəng siqnalları baxımından meydana gəlir. PAL 4.43 MHz rəng siqnalı istifadə edərkən NTSC görünüş formatı isə 3.58Mhz rəng siqnalı istifadə edir.
Yararlı olması ümüdü ilə…
Şərhlər ( 1 )
Vüsal bəy təşəkkürlər.