Anakartlar (Motherboard)

Salam Əziz Dostlar! Bu günki mövzumuz anakartlar haqqında olacaq. Bir az geniş olduğu üçün mövzumuzu iki hissəyə bölməli oldum.

Anakartlar komputerlərin əsas hissələrindən biridir. Digər bütün hissələr anakarta qoşulur. Əlavə qurğuların qoşulmasını təmin edən portlara sahibdir.

Anakart üzərində prosessor yuvası, yaddaş, genişləmə yuvaları, BIOS,  portlar və köməkçi çiplər yerləşməkdədir.

Anakartları sinifləndirərkən “Form Factor“, “CPU yuvası“, “Chipset“, “Onboard” (daxili) birləşənlər kimi xüsusiyyətləri nəzərə alınır.

“Form Factor”– Quruluş faktoru anakartın fiziki ölçülərini, slotların yerləşmə yerləri kimi bəzi xüsusiyyətlərini xarakterizə edir (ATX, MiniATX, MicroATX və s.)

Form Factor Ölçü (İnç) Ölçü (mm)
AT 13.7 x12 “ 350 x 305 mm
NLX 9.0 x 13.6 “ 229 x 364 mm
ATX 12 x 9.6 “ 305 x 244 mm
Micro ATX 9.6 x 0.6 “ 244 x244 mm
Flex ATX 9.0 x 7.5 “ 229 x 191 mm
BTX 12.8 x 10.5 “ 325 x 267 mm
Micro BTX 10.5 x 10.5 “ 267 x 267 mm
Pico BTX 8.0 x 10.5 “ 203 x 267 mm

XT:

İlk fərdi kompüterlərdə istifadə olunan anakartlardır. Bu anakartlar 8086 və 8088 mikroprosessorları üçün istehsal olunmuşdur. Bu da prosessorun dəyişilməsi zamanı anakartın da dəyişməsinə səbəb olurdu.

XT

AT:

IBM firması tərəfindən istifadəyə verilmişdir. 1980-1995-ci illər arasında istifadə olunmuş, ancaq bəzi xarici qoşulmaları dəstəkləmədiyinə görə istehsalı dayandırılmışdır. ISA, PCI və AGP verilənlər yolunu dəstəkləməkdədir. Ancaq PS/2 dəstəyi yoxdur. 5 V və 12 V güc istifadə edir.

AT

LPX və NLX:

AT-nin inkişaf etdirilmiş versiyalarıdır. Genişlənmə yuvalarının istifadəsini mümkün etmişdir, ancaq kifayət qədər elastik deyildirlər.

ATX:

AT anakartlarından sonra istehsalına başlanılan və əvvəlki anakartlara nisbətən daha çox giriş-çıxış dəstəyi verən anakartlardır. ATX anakartların mini-ATX, micro-ATX kimi daha kiçik həcmli növləri də mövcuddur.

ATX

BTX:

İnkişaf edən texnologiya və hissələrin dəyişməsi nəticəsində BTX adı verilən yeni nəsil anakartların istehsalına başlanılmışdır. BTX anakartları ilə sistemin güc idarəsi və soyutma məsələləri ön plana çıxmış, digər hissələrin yerləşməsində vacib dəyişikliklər meydana gəlmişdir.

Günümüzdə ATXBTX “Form Factor”-lar istifadə olunur.

Chipset:

Çipsetlər anakart üzərində yerləşən bir növü proses nəzarətçiləridir. Bir anakart üzərində bir neçə çip yerləşir, ancaq “North Bridge” (şimal körpüsü) və “South Bridge” (cənub körpüsü) idarəçi çiplərdir. “North Bridge” əsas olaraq prosessordan, RAM-dan, AGP və ya PCI express verilənlər yollarından məsuldur, adı çəkilən hissələri yoxlayar və bunlar arasında məlumat ötürülməsini təmin edər. “North Bridge” funksiyasına görə CPU-ya, RAM-a və AGP yuvalarına yaxın olmalıdır, çünki verilənlər yolu nə qədər qısa olsa siqnal o qədər təmiz və xətasız olar.

northbridge SouthBridge

“South Bridge” isə giriş-çıxış yuvalarından, güç istifadəsindən, PCI yuvalarından, USB və anakarta inteqrasiya olunmuş (səs və şəbəkə kartı kimi) digər hissələrdən məsuldur.

Chipset, anakarta inteqrasiya olunmuş dövrələrdir. Məlumat ötürülməsi, PC-nin bir çox hissəsinin işləməsi və performansı cəhətindən çox vacib olduğundan çiplər də PC-nizin keyfiyyəti, xüsusiyyətləri və sürəti üzərində ən vacib təsirə malik bir neçə hissədən biridir.

Anakart chipset istehsalçısı firmalar Intel, AMD, VIA və SIS-dir.

IntelAMD firması sadəcə öz prosessorlarına uyğun chipset-lər istehsal etməkdədir.

VIA, anakartlara chipset istehsalını LGA quruluşuna sahib prosessorlar istehsal olunduqda başlatmışdır. Fərqli xüsusiyyət və geniş miqyasda chipset-lər təqdim etməkdədir. \

SİS həm Intel, həm də AMD prosessorları üçün chipset istehsal edən bir firmadır. Intel və AMD üçün istehsal etdiyi son chip-lər 64 bit texnologiyanı, çox nüvəli prosessorları və PCI-e verilənlər yolu xüsusiyyətlərini dəstəkləməkdədir.

CPU:

Hər anakart bir CPU paketini dəstəkləməkdədir. CPU paketləri anakart seçimində vacib rol oynayır. (bax: http://www.technet.az/2013/02/25/cpu-m%C9%99rk%C9%99zi-prosessor/ )

Anakart seçimi:

Hər şeydən əvvəl alacağınız anakart alacağınız keys-lə uyğunlaşmalıdır. Yəni ölçüləri uyğun seçilməlidir. Anakartınızın hansı prosessorları dəstəklədiyini də bilməlisiniz. Müxtəlif istehsalçılar CPU quruluşları da müxtəlifdir. Firmanın hər hansı bir prosessorunun dəstəklənməsi, həmin firmaya məxsus digər Prosessorların da dəstəklənəcəyi mənasına gəlməz.

Anakart seçərkən nə qədər RAM və hansı növ RAM istifadə olunacağına da diqqət etməlisiniz. Bu günki ehtiyacınızdan en azı iki dəfə çox RAM-ı dəstəkləyən bir anakart seçməyiniz məsləhət olardı. Ona görə ki, gələcəkdə RAM modullarını dəyişmədən əlavələr edə biləsiniz.

Yeni bir anakart alarkən istifadə edəcəyiniz ekran kartlarını dəstəkləyib-dəstəkləmədiyindən də əmin olmalısınız. Bütün bu məlumatlar anakartların yaddaş kitabçalarında və istehsalçının rəsmi internet səhifəsində öz əksini tapmış olur.

Əziz Dostlar, mövzumuzun ikinci hissəsi Verilənlər yolu (ISA, PCI, PCI-e, PCI-axprees, PCI-X), portlar və konnektorlar haqqında olacaq!

 

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərhlər ( 1 )

  1. Çox asan və sadə…

    Təşəkkürlər..

Şərh yazın