Outlookda Qaydaların (Rule) ehtiyyat nüsxəsinin alınması
Salam dostlar. Bu məqalədə Outlook 2013-də yaratdığımız qaydaları (Rules) necə ehtiyat fayla alıb, bərpa edəcəyimiz barədə bəhs edəcəyik.
Ehtiyat faylın uzantısı .RWZ dir. Outlooku silib yenidən yazdıqdan sonra qaydaları bərpa etməyə yarayır. Eyni zamanda bu metodu Exchange serverimiz yoxdursa, yəni mərkəzdən idarə etmək imkanımız yoxdursa, bir neçə hesabı eyni qaydada avtomatlaşdırmaq üçün istifadə edə bilərik. Belə ki, bir hesabda qaydalları yaradırıq və qaydalar digər hesablar üçün də uyğun gəlirsə, nüsxəsini digərlərinə də idxal (import) edib qaydaları asanlıqla tətbiq edirik.
Qeyd: Bu üsul Outlooku yeni versiyaya yüksəltdikdən sonra qaydalarda çıxan bəzi problemlərin həll yoludur.
Bu funksionallıqdan yararlanmaq üçün Outlookda File –> Rules and Alerts bölməsinə daxil oluruq.
Açılan pəncərədə yaratdığımız qaydaların siyahısını görürük. Yuxarı sağ küncdə Tənzimləmələr (Options) seçirik.
Tənzimləmə pəncərəsindən götürmək istədiyimiz qaydaları seçirik, Qaydaları İxrac Et (Export Rules) deyirik.
Faylı saxlamaq üçün yer seçirik, adlandırıb Saxla (Save) deyirik. Adlandırarkən hansı hesabın qaydalarının olmasını və tarixi də əks etdirəcək ad qoymaqda yarar var.
Bura qədər olan addımlarla Qaydaların nüsxəsini götürmüş olduq. İndi isə qaydaları geri qaytara bilib-bilmədiyimizi test etmək üçün götürdüyümüz qaydanı silirik.
Yenidən File –> Rules and Alerts –> Import Rules deyərək saxladığımız faylı göstəririk.
Beləliklə qaydaları geri qayıtdığının şahidi oluruq.
Qeyd: Nüsxəsini götürdüyümüz qaydanı digər outlooka idxal (import) edərkən qaydanın daxilində göstərilmiş qovluqlar yoxdursa, import zamanı xəta çıxa bilər. Buna diqqət etmək lazımdır.
Bu çox sadə addımlarla işimizi xeyli ehtiyata ala və hər hansı səbəbdən yeni outlookda qaydalar yaratmaqla vaxtımızı itirməyə bilərik.
İnşAllah məqalənin kiməsə xeyiri dəyər. Uğurlar.