Server 2012 üzərində şəbəkə kartlarının qruplaşdırılması
Bu məqaləmizdə Server 2012 üzərində şəbəkə kartlarının qruplaşıdırılması haqqında danışacağıq. Termin olaraq NİC Teaming deyə adlandırılan bu funksionallıq Winodws Server Sistemlərində bir yenilikdir. Əvvəlki ƏS-lərində bu əməliyyatı başqa proqram təminatlarından yararlanaraq həyata keçirirdik. Artıq Microsoft Server 2012 ilə bu proqram təminatlarına olan ehtiyac aradan qalıdırılıb.
NİC Teaming nə deməkdir ?
Bu funksionallığın məqsədi iki cür qələmə verilə bilər.
– trafikin balanslaşdırılmasını təmin etmək
– şəbəkə kartarından birində yaranmış nasazlığa görə məlumatların digər şəbəkə kartı üzərindən yönləndirilməsini təmin etmək
Yəni NİC Teaming Load Balancing / Failover məqsədini daşıyır deyə bilərik. NIC Teaming üçün istifadə olunan dəyişik terminlər Server 2012 də aşağıdakı kimi səslənir.
Terminlər | Windows Server 2012 |
IEEE 802.3ad | LACP (or IEEE 802.1ax LACP) |
Link Aggregation Group (LAG) | Team (often refers to a team that uses LACP) |
Load Balancing and Failover (LBFO) | NIC Teaming |
NIC Bonding | NIC Teaming |
Şəbəkə kartlarının qruplaşıdırlması üçün iki seçim mövcuddur.
a) Switch Dependent Mode – Bu tip tənzimləmədə şəbəkə kartları eyni switch-ə bağlıdır.
b) Switch Independent Mode – Bu tip tənzimləmədə şəbəkə kartları fərqli switch-lərə bağlıdır.
Ümumi məlumatlardan sonra şəbəkə kartlarının qruplaşıdırlmasının tətbiqinə nəzər salaq.
1. Server İdaretmə Panelindən –Local Server – NİC Teaming seçərək davam edək.
2. Tələb olunan şəbəkə kartlarının sayı minumum 2 ədəddir. Şəbəkə kartlarını seçdikdən sonra Add to New Team deyərək davam edirik.
3. Team name – uyğun bildiyimiz bir ad daxil edirik. Şəbəkə kartları fərqli switch-lərə baxıdığı üçün Switch Independent seçirik. Address Hashing – əvvəlki standart qaydaları özündə cəmləşdirir. Hyper-V Port virtallaşdırma üçün daha əlverişlidir. Standby Adapter – şəbəkə kartlarından birinin passiv vəziyyətdə gözləməsidir. Acitve vəziyyətdə hər iki şəbəkə kartı fəaliyyət göstərir.
4. Üstəki addımları tətbiq etdikdən sonra aşağdakı kimi əlavə bir şəbəkə kartı yaranmış olacaq. Biz bütün əməliyyatları bu şəbəkə kartı üzərindən davam etdirəcəyik.
5. Hər hansı bir vlana üzvlüyün tətbiqini və yaxud ləvğini gerçəkləşdirmək üçün Team -İnterfaces bölməsindən qrup adı üzərindən Properties bölməsinə daxil oluruq.
6. Uyğun Vlan adresini daxil edirik.
7. Göründüyü kimi əlavə olaraq yeni bir şəbəkə kartı yaranmış oldu.
Bu bölmədə sadəcə Vlanlar misal olaraq göstərdik, bu tip imkanlardan yararlanmaq mümkündür, əgər qarşı tərəfdə yəni switch-lər üzərində vlanalarla bağlı doğrü tənzimləmələr aparılıbsa serverlər üzərində bu imkanlardan yararlana bilərsiniz.
Geniş informasiya üçün aşağdakı keçidlərdən yararlana bilərsiniz.
Windows Server 2012 NIC Teaming (LBFO) Deployment and Management
Yararlı olması diləyilə.
Qeyd: Məqalə daxilində sözü gedən NİC Teaming kəliməsi – Şəbəkə Kartlarının Qruplaşdırılması kimi təqdim olunmuşdur. Əgər daha gözəl təklifləriniz varsa zəhmət olmsa qeyd edin.
Elgüc Yusifbəyli
________________
MCT
Müəllif hüquqları qorunur
Şərhlər ( 3 )
Elgüc müəllim. Sizin site-nizda yayınladığınız məqələlrəi tanıdığım dostarla paylaşıram.
BU xeyirii işinizdə uğurlar arzulayiram. Çətin və şərəfli bir yoldur
Salam,
Fədai müəllim təşəkkür edirəm. İmkanımız daxilində bacardığımız qədər faydalı məlumatlar paylaşamağa çalışırıq. Dəstəyinizi əsirgəmədiyiniz üçün sizlərə öz təşəkkürümüzü bildiririk.
Yaralı məqalə üçün çox təşəkkür edirəm.