IP kamera və bant genişliyi (Bandwidth)
Salam Dostlar. Bu məqalədə İP kamera və onun istifadə etdiyi bant genişliyi haqda qısa bir araşdırma parmağa çalışacağam. IP video təhlükəsizlik sistemlərinin qurulmasıda göz önünə alınması lazım olan ən əhəmiyyətli meyar bant genişliyidir. IP kamera və ya video koderin çıxardığı videonun ən böyük bant genişliyi və şəbəkə infrastrukturunda təmin edilən ən böyük bant genişliyi bir-biri ilə uyğun olmalıdır.
Şəbəkə tipinə görə praktikada istifadə edilə biləcək ən böyük bant genişliyi üçün aşağıdakı dəyərlər göz önündə tutulmalıdır:
• 1 Gigabit Ethernet: 500 Mb/s
• 100 Mb Fast Ethernet: 55-60 Mb/s
• 10 Mb Ethernet: 6-7 Mb/s
• WiFi 802.11g 54Mb: 12-25 Mb/s
• 1 Mb ADSL: 150-200 Kb/s
Bant genişliyi hesabı apararkən MJPEG və MPEG4/H.264 sıxışdırma formatında sırasıyla aşağıdakı düstur istifadə edilə bilər:
Bant genişliyi (Mb/s) = Şəkil Ölçüsü (KB) x Saniyədəki Şəkil Sayı (fps) x Kamera Sayı x 8 / 1024
Bant genişliyi (Mb/s) = Video Bant Genişliyi (Mb/s) x Kamera Sayı
Hesablanacaq bant genişliyinin ən az %15-dən çoxu şəbəkə üzərində təmin edilməlidir. Şəbəkədə kifayət qədər bant genişliyi təmin edilməsə MJPEG formatında şəkil ölçüsnü və keyfiyyətini, şəkil sayı vs. parametrlər azaldılaraq və ya kamera dəstəkləyirsə daha aşağı bant genişliyi xərcləyən bir sıxışdırma forması (H. 264) seçilməlidir.
Tipik bir IP kamera MJPEG formatında 640×480 piksel ölçüdə, saniyədə 25 şəkil sürətində ortalama 7.2 Mb/s, MPEG-4də 2Mb/s və H.264də isə 1.4Mb/s bant genişliyində video verir. Professional IP kameralar eyni anda ən az iki fərqli sıxışdırma formatında video verə bilir. Bəzi IP kameralar isə cüt video koderə sahib olduqlarından eyni anda iki fərqli MPEG-4 video verə bilir, buna əlavə olaraq MJPEG formatında həyəcan vəziyyəti və nizamlı olaraq müəyyən bir ftp serverə və ya verilən bir e-poçt ünvanına göndərə bilir. Bu kameralarda hər iki MPEG-4 videonun ölçüsü, bant genişliyi vs. xüsusiyyətləri bir-birindən müstəqil olaraq fərqli dəyərlərə nizamlana bildiyindən, xüsusilə izləmə və qeyd üçün fərqli ölçülər lazım olan tətbiqlərdə üstünlük təmin etməkdədir.
Şəbəkə üzərindən IP kameraya bağlanacaq izləyici sayı çox isə, kameranın və şəbəkə açarının video çoxlama (multicast) xüsusiyyəti olmalıdır. Ayrıca IP kameranın video çoxlama xüsusiyyəti istifadə edilsə, kameradan hər bir izləyiciyə gedəcək MPEG-4 video şəbəkə açarında çoxlanır. Kameradan şəbəkə açarına doğru yalnız bir ədəd MPEG-4 video çıxışı olacağından xərclənən bant genişliyi tək izləyici vəziyyətindəki ilə eyni olar. Əks halda (multi-unicast) tək izləyici vəziyyətindəki bant genişliyinin izləyici sayı ilə hasili qədər bir bant genişliyi ehtiyacı olar.
Yararlı olması ümüdü ilə…