Windows 7 Əməliyyat Sisteminin USB(Flash) yaddaşdan yüklənməsi

Xoş gördük. Bu məqalədə sizə Windows 7 Əməliyyat Sisteminin USB yaddaşdan yüklənməsi haqda bəhs edəcəm. Çox vaxt əməliyyat sistemini DVD diskimizdən boot edərək yükləyirik. Lakin bəzən elə məqam olur ki kompüterimizin DVD sürücüsü işləmir və ya digər başqa səbəblərə görə əməliyyat sistemini USB yaddaşdan istifadə edərək yükləmək istəyirik. Microsoft Windows 7 Əməliyyat Sistemini USB yaddaşdan boot edə bilmək üçün kiçik bir proqram yazmışdır. Bu proqramın adı Windows 7 USB/DVD Download Tool adlanır.  Proqramı bu linkdən yükləyə bilərsiniz. Bu proqramı Microsoftun rəsmi səhifəsindən kompüterimizə yüklədikdən sonra onu quraşdırırıq(install). Növbəti mərhələdə bizə Windows 7 Əməliyyat Sisteminin ISO image-i lazım olacaq. Sizi yormadan bu mərhələləri ardıcıl şəkildə icra etməyə başlayaq.

1. Qeyd etdiyim linkdən Windows 7 USB/DVD Download Tool  proqramını kompüterimizə yükləyirik.

 1

Daha sonra bu proqramı aşağıda göstərdiyim şəkildə kompüterimizə yukləyək. 2

 3

4

Daha sonra kompüterə yüklədiyimiz proqramı açırıq.

5

 Burada Source file yerində Browse deyərək kompüterimdə olan Windows 7 Əməliyyat Sisteminin İSO faylını əlavə edirəm.

6

 Next deyərək davam edirik. Bu pəncərədən gördüyümüz kimi həm USB yaddaş üçün, həm də DVD üçün boot diskini yaratmağımız mümkündür. Mövzumuz USB yaddaşdan Windows 7 Əməliyyat Sisteminin yüklənməsi olduğu üçün mən USB device -ı seçərək davam edirəm.

7

 Burada kompüterə qoşulu olan  USB yaddaşımızı görürük. Minimum 4Gb-lıq USB yaddaş tələb olunur. Həmçinin USB yaddaşın boş olması və sonradan daxilinə başqa faylların əlavə olunmaması məsləhət görülür. “Begin copying” deyərək davam edirik.

8

 9

 10

 11

USB yaddaşımız artıq hazır vəziyyətdədir. USB yaddaşın daxilinə baxdıqda isə Windows DVD disklərində həmişə gördüyümüz yuklənmə fayllarını görəcik.

 12

İndi isə Windows 7 Əməliyyat Sisteminin USB yaddaşdan Boot edilərək yüklənməsin yoxlayaq. Boot device hissəsində USB yaddaş-ı seçərək əməliyyat sistemini yükləyə bilərik.

13

windows-7-install1

Bundan sonrakı mərhələ isə bildiyimiz Windows 7 Əməliyyat Sisteminin yüklənməsinin eynisi olacaq.

Suallarla əlaqədar http://forum.technet.az/ ünvanından istifadə edə bilərsiz.

Ümüd edirəm ki, yararlı bir məqalə olacaqdır. Nöbəti məqalələrdə görüşmək arzusu ilə.

 

Fərid Mirzəyev

___________

İ.T. Mütəxəssis

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Fərid Mirzəyev

Şərhlər ( 7 )

  1. Təşəkkürlər. Başqa bir alətə ehtiyac yoxdur. Çox gözəl və sadə həll yoludur.

  2. Çox gözəl məqalədir. Zehninə qüvvət.
    Dəfələrnən yeni başlayanlar soruşurlar – “USB-dən necə format edim?” Artıq, bir linklə bu sualın cavabını vermək mümkün olacaq ))
    Qeyd: Maraqlananlar aşağıdakı linkdən istifadə edərək komandalar vasitəsilə də bu əməliyyatları etməyi öyrənə bilərlər. (Sübhi Tağıyevə də təşəkkür edək 😉 )

      • GunEl / . Dərc edilib:A 14/12/2013 at 12:27 Səhər
        Səs: 0. Bəyənilsin Zəifdir

      Amirov, dogurdan da kim olduğundan asılı olmayaraq bu linkle cavab verirsiniz. Herhalda
      TECHNETe teşekkürler:)

      • GunEl / . Dərc edilib:A 14/12/2013 at 12:35 Səhər
        Səs: 0. Bəyənilsin Zəifdir

      Doğurdan da soruşan kim olur olsun bu linkle hell edirsiniz,Mr. Amirov.

    • Fərid Mirzəyev / . Dərc edilib:A 30/04/2013 at 2:31 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Buyurun. Bəyəndiyinizə sevindim dostlar.

  3. Təşəkkürlər

     

Şərh yazın